İdman yarışlarına qoyulan qadağa ləğv edildi

7-08-2020, 21:39           
İdman yarışlarına qoyulan qadağa ləğv edildi
Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Axar.az xəbər verir ki, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib. İcazə idman mallarının istehsalına da alınıb.

Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqusut saat 00:00-dan qüvvəyə minəcək.

Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru