Rafael Varan "Real Madrid"in məğlubiyyətinin məsuliyyətini üzərinə götürdü

8-08-2020, 06:26           
Rafael Varan "Real Madrid"in məğlubiyyətinin məsuliyyətini üzərinə götürdü
“Real Madrid”in müdafiəçisi Rafael Varan "Mançester Siti" ilə (1:2) Çempionlar Liqasının 1/8 finalının cavab matçında məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Report" "The Athletic"ə istinadən xəbər verir.

"Mən öz üzümü göstərmək istəyirəm. Bu mənim məğlubiyyətimdir. Məsuliyyəti üzərimə götürürəm. Biz yaxşı hazırlaşdıq, amma belə səviyyədə səhvlərə baha başa gəlməli olur. Mən onları izah edə bilmirəm. Futbolda hər şey olur. Bu gün mənim üçün çox mürəkkəb gündür", - Varan deyib.

Qeyd edək ki, məhz Varanın kobud səhvləri “Real”ın iki top buraxmasına səbəb olub. Qarşılaşmanın birinci matçı da həmçinin "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə qurtarıb. Beləliklə, "şəhərlilər" yarışın yarımfinalına çıxıblar, “Real Madrid” Çempionlar Liqasındakı çıxışını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru