Futbolçu xanımının etirafları olay oldu - FOTOLAR

15-08-2020, 11:13           
Futbolçu xanımının etirafları olay oldu - FOTOLAR
Son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Kevin Prins Boatenqın həyat yoldaşı Melissa Satta şəxsi həyatı ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, model və teleaparıcı əvvəllər qadına bənzəmədiyini bildirib:

"Əvvəllər bədənim indiki kimi deyildi. Amma illərlə boyunca dəyişməyə başladı. Gəncliyimdə boyum uzun idi və məni ələ salırdılar. Popeyenin sevgilisi Safinaza (Olivia) deyirdilər. Bir qadın görüntüsündən heç bir əlamət yox idi. Anam isə gözəl geyimlər geyindirməyə çalışırdı. Mən isə sadəcə tişört, şalvar və tennis ayaqqabısı geyinmək istəyirdim. 14 yaşımda sinəm sörf taxtası kimi düz idi. Bir çox kişi dostum var idi. Futboldan danışırdıq, sevgili deyildik. Qarşılarında gözəl bir qız olanda ona baxırdılar. mənə yox. Bir anda görnüşümü dəyişmək üçün və müxtəlif yollara əl atdım. Və 16 yaşıma çatanda kişilərin mənə baxışı dəyişdi".

Həyat yoldaşı üçün bir çox fədakarlıqlar etdiyini bildən Satta "Biz qadınlar hər şeyi ailəsi üçün edir. Bəzi işlərdən imtina etdim, bəzi fürsətlər qaçırdım. Çünki doğru zamanda doğru yerdə deyildim. Kevinə görə 2 il Düsseldorfda yaşadım, alman dilini öyrəndim və sonra Frankfurta köçdük. Ardınca İspaniyada onun yanında oldum. Kevin tez-tez dəyişən biridi. Səhər 8-də işə gedib axşam 7-də evə dönən biri ili birlikdə ola bilməzdim" deyib.





шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.