Hemiltondan möhtəşəm qələbə: Şumaxeri geridə qoydu - FOTO

25-10-2020, 20:18           
Hemiltondan möhtəşəm qələbə: Şumaxeri geridə qoydu - FOTO
“Mersedes”in britaniyalı pilotu Luis Hemilton “Formula-1” üzrə Portuqaliya Qran-prisində qalib olub.

Bu barədə TASS məlumat yayıb.

35 yaşlı L.Hemilton karyerasında 92-ci qələbəsini qazanıb və bununla da “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxeri üstələyib.

Portuqaliya Qran-prisində L.Hemiltonun komanda yoldaşı Valtteri Bottas ikinci, niderlandlı Maks Ferstappen isə üçüncü yerə sahib olub.

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi 31 oktyabr-1 noyabr tarixlərində İtaliyada keçiriləcək.oxu.az


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.