Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb

28-11-2022, 11:34           
Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.

36 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialda qrup mərhələsinin II turunda İspaniya ilə matçda meydana çıxmaqla nail olub.

Bu, oyunçunun mötəbər turnirlərdə 18-ci qarşılaşmasıdır. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.

O, III turda Kosta Rika ilə qarşılaşmada iştirak etsə, çempionatlar tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.

Qeyd edək ki, İspaniya - Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru