Makqreqor qayıdır: İl sonuna qədər iki döyüş keçirəcək

19-03-2023, 10:18           
Makqreqor qayıdır:
Qarışıq döyüş növləri üzrə iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor oktaqona qayıdır.

İrlandiyalı idmançı bu ilin sonuna qədər iki döyüş keçirmək niyyətinddir.

“Məqsədim ilin sonuna qədər iki döyüş keçirməkdir. Bunun üçün heç bir maneə görmürəm və reallaşacağını hiss edirəm. Güman edirəm ki, yayın sonunda, bəlkə də, bir qədər gec Maykl Çandlerlə döyüşüm baş tutacaq. Bundan sonra ilin sonuna qədər kifayət qədər çox vaxt olacaq”, - Konor deyib.

Makqreqor daha əvvəl Çandlerlə döyüşdən sonra ağır çəki dərəcəsində titul qazanmaq niyyətində olduğunu bildirmişdi. Həmçinin, irlandiyalı döyüşçü növbəti 6 ay ərzində dopinq testlərindən keçməyəcəyini deyib.
Makqreqor 2021-ci ilin iyulunda Dastin Porye ilə qarşılaşmada zədələndikdən sonra heç bir döyüş keçirməyib.

Mənbə: "MMA Hour"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru