AVRO-2024: İspaniyadan darmadağın, Xorvatiya qələbəni əldən verdi – YENİLƏNİB + VİDEO

26-03-2023, 11:34           
AVRO-2024: İspaniyadan darmadağın, Xorvatiya qələbəni əldən verdi – YENİLƏNİB + VİDEO
AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun daha üç oyunu başa çatıb.

A qrupunun favoriti İspaniya Norveçi qəbul edib. Görüş pireneylilərin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Hesabı 13-cü dəqiqədə Dani Olmo açıb. 81-ci dəqiqədə meydana çıxmaqla yığmada debüt edən Xoselu isə dublla yadda qalıb. O, 84 və 85-ci dəqiqələrdə fərqlənib.


D qrupunda Xorvatiya Uelsi sınağa çəkib. Andrey Kramariçin 28-ci dəqiqədə vurduğu qolla önə keçən xorvatlar 90+3-cü dəqiqədə Natan Brodhedin qoluna mane ola bilməyiblər - 1:1.


İ qrupunda Rumıniya Andorranın qonağı olub. Matç səfər komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

23:25

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha üç oyun keçirilib.

D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistana 2:1 hesabı ilə qalib gəlib.
İsveçrə səfərdə Belarusu darmadağın edib. Renato Şteffenin het-trik etdiyi qarşılaşmada isveçrəlilər 5 cavabsız qolla qələbə qazanıblar.


İsraillə Kosova isə heç-heçəyə razılaşıb. Təl-Əvivdə keçirilən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqləniblər.

22:48

AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün A, D və I qruplarında ümumilikdə 7 matç keçiriləcək.

Oyunlardan biri artıq baş tutub. A qrupunda Şotlandiya Kiprlə üz-üzə gəlib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.