UEFA klubların yeni reytinqini açıqladı

16-09-2016, 19:34           
UEFA klubların yeni reytinqini açıqladı
Avrokubokların qrup mərhələsinin I turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

UEFA Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub. Siyahıda yeddi Azərbaycan klubu da yer alıb. Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Ağdamlılar 14,850 xalla 115-ci yerdə qərarlaşıb. 9,600 xala malik “Neftçi” 156-cı pilləni “Bursaspor”la bölüşür. Hesabında 7,600 xal olan “Qəbələ” 179-cu yerə şərikdir. “Əskişəhərspor”un da eyni xalı var.

“Jilina” ilə 220-ci yerə bölüşən “İnter”in 5,850 xalı var. 4,350 xala malik “Xəzər-Lənkəran” 282-cidir. Digər komandalarımız isə “300-lük”dən kənardadır. “Kəpəz” (3,850) 304-cü, “Bakı” (3,600) 313-cüdür.

Qeyd edək ki, İspaniya “Real”ının (146,714) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 136,756 xalla ikinci, “Barselona” (İspaniya) 131,714 xalla üçüncü pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.