Görənləri heyrətləndirən azərbaycanlı “şeytan” - FOTOLAR
26-09-2018, 08:36
Əslən azərbaycanlı olan, Ukraynada yaşayan fitness modeli Bahar Nəbiyevanı görünüşünə görə “şeytan” deyə çağırırlar.
Publika.az xəbər verir ki, əzələlərinə görə “yadplanetli” və “dəmir əzələli qız” kimi də çağırılan 24 yaşlı Bahar, idmana məktəb vaxtı uşaqların onu ələ salmasından sonra başlayıb. Bu barədə o özü açıqlamasında belə deyib:
“Əvvəllər çox sısqa idim, buna görə, insanların mənə qəribə şəkildə baxmasından bezmişdim. Bu vəziyyəti dəyişdirmək istədim. İdman zallarına getməyə başladım. Amma əvvəllər əzələli bədənə sahib olmaq haqda heç bir fikrim yox idi”.