"Şeytan aldatdı, getdim aldım"- VİDEO

21-04-2015, 15:26           
"Şeytan aldatdı, getdim aldım"- VİDEO
Sumqayıt polisindən uğurlu əməliyyat: narkotikdən 3 nəfər saxlanıldı.

Sumqayıt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Polis onlardan ümumlikdə 2 kiloqrama yaxın narkotik maddə hesab edilən tiryək aşkar edərək götürüb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları daha bir əməliyyat həyata keçirib. Keçirilən axtarış tədbirləri zamanı şəhər ərazisində narkotik maddə aludəçiləri olan 3 ayrı şəxs saxlanılıb. Belə ki, özünü şübhəli aparan Elvin Aslanovun üzərindən 3 qram, evindən isə 1 kq 47 qram narkotik maddə hesab edilən tiryək aşkar edilib. O saxlanılaraq polis idarəsinə gətirilib və istintaqa cəlb olunub.

Polisin keçirdiyi təxirə salınmaz əməliyyat zamanı daha bir şəxs 50 yaşlı Xaliq Rzayev də narkotik maddə qəbul etdiyinə görə saxlanılıb. Onun üzərinə baxış keçirilib və şəxsi istehlak miqdarından artıq narkotik maddə hesab edilən tiryək maddi sübut kimi götürülüb.

Xaliq Rzayev - saxlanılan şəxs: "Papanində köhnə bir tanışım var. Şeytan aldatdı, getdim aldım ondan. 15 manata almışam."

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları daha bir şəxsi 25 yaşlı Rəşad Bəndəliyevi avtomobil qaçırdığına görə saxlayıblar. O, Sumqayıt şəhər yaşıl dərə ərazisində "VAZ" 2106 markalı avtomobili sürmək məqsədi ilə qaçırdığını bildirib. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 5.25 qram narkotik maddə olan marixuna aşkar edilərək götürülüb.

Qeyd edək ki, hər 3 şəxs tutduğu əməldən peşiman olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Region TV)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.