Taxta bazarındakı yanğınla bağlı bu yola giriş bağlandı

22-08-2019, 16:49           
Taxta bazarındakı yanğınla bağlı bu yola giriş bağlandı
“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
"Yeni Sabah" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələri xahiş olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.