Bakıda zorlama hadisəsi baş verib. Teref.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Abşeron rayonu, Məhəmmədi qəsəbə sakini, 1988-ci il təvəllüdlü V. Fətəliyeva polisə ərizə ilə müraciət edərək bildirib ki, tanışı Hasil adlı şəxs Sabunçu rayonu, E.Saratov küçəsi ev 36-ya apararaq orada onunla zorla cinsi əlaqədə olub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır. /trend.az