SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı

19-11-2019, 19:08           
SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı
Xəzər dənizində itkin düşən neftçi, SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşı İlqar Şərifovun meyiti tapılıb.

Teref.az News24.az-a istinadən xəbər verir ki, İ.Şərifovun meyiti Pirallahıda "Mayak" adlanan ərazidə balıqçılar tərəfindən aşkarlanıb.

Bu gün tapılan meyit barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.

Qeyd edək ki, İlqar Şərifov bir neçə gün əvvəl Abşeron NQÇİ-də itkin düşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru