Göygöldə dəhşətli hadisə: Ata oğlunu güllələdi – Təfərrüat

13-08-2020, 16:49           
Göygöldə dəhşətli hadisə: Ata oğlunu güllələdi – Təfərrüat
Göygöl rayonunda oğlunu qətlə yetirməkdə ittiham olunan Yaşar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

İttihama görə, hadisə bu ilin yanvarın 1-də Göygöl rayonunun Nadel kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Bayramov oğlu, 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.

Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin Mahir Bayramov tərəfindən yandırılması səbəb olub.

İstintaq orqanı tərəfindən Yaşar Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.