Neftin qiyməti həftəni itkilərlə tamamlayır

25-09-2020, 22:25           
Neftin qiyməti həftəni itkilərlə tamamlayır
Dünya birjalarında neft qiymətləri bu həftəni də itkilərlə keçirməyə yönəlib.

Azərtac xəbər verir ki, “qara qızıl”ın qiyməti tələbatdakı dəyişkənlik, Liviya və İraqda artan neft hasilatının əlavə tədarük yaradacağına dair narahatlıqlar fonunda ucuzlaşır. Beləliklə də artan tədarükün bazarlara mənfi təsir edəcəyinə dair narahatlıqlar neftin son 4 həftədə ardıcıl üçüncü həftəni də itkilərlə keçirməsinə səbəb olub.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 41,87 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 40,12 dollara alıcı axtarır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.