Ermənistanda xəstəxanalar boşaldılır - Əmr

28-09-2020, 02:53           
Ermənistanda xəstəxanalar boşaldılır - Əmr
Ermənistandakı xəstəxanalar xəstə qəbulunu dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan əmr imzalayıb.

Yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələrə reanimasiya və ya qəbul həyata keçiriləcək. Eyni zamanda, xəstəxanada tibbi yardım alan xəstələrin sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra ilkin tibbi yardım müəssisələri vasitəsi ilə növbəti nəzarətin təşkili ilə onların evə buraxılması təmin ediləcək.

Qeyd edək ki, az öncə Ermənistanda yaralılara görə bütün xəstəxanaların dolduğu bildirilmişdi. Bu qərarla yaralı erməni hərbçilər üçün yer hazırlandığı vurğulanır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.