Bakıda şirkət rəhbəri həbs edildi

21-04-2016, 16:26           
Bakıda şirkət rəhbəri həbs edildi
Bakıda dələduzluqda şübhəli bilinən “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənovanın barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində Mətanət Həsənovanın barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verilib. Həmin qərardan M. Həsənovanın verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Mətanət Həsənova ötən ilin noyabrından bu ilin martınadək vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.
Hazırda faktla bağlı istintaq davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.