Ermənilərin “Zil-131”i minaya düşüb, ölən və yaralananlar var - Rəsmi

21-04-2016, 19:09           
Ermənilərin “Zil-131”i minaya düşüb, ölən və yaralananlar var - Rəsmi
"Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçisinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, əslində isə bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus "Zil-131” markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var: "Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.