Prezidentin oğlu mühazirə deyərkən öldürüldü

20-11-2019, 11:25           
Prezidentin oğlu mühazirə deyərkən öldürüldü
Almaniyanın eks-prezidenti Rixard fon Vaytszekkerin oğlu həkim Frits fon Vaytszekker Berlinin “Schlosspark-Klinik” klinikasında mühazirə zamanı hücuma məruz qalıb.

Teref.az xəbər verir ki, bunu RBB televiziyası yayıb. Məlumata görə, həkim mühazirədə bıçaqlanaraq qətlə yetirilib. Ona hücumun yerli vaxtla 18:50-də həyata keçirildiyi bildirilib.

Hücum zamanı cinayətkara mühazirədə mane olmağa çalışan şəxslərdən biri də ağır yaralanıb. Cinayətkarın artıq yaxalandığı bildirilib.

Qeyd edək ki, Rixard fon Vaytszekker 1984-1994-cü illərdə Almaniya prezidenti olub.(Axar.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.