Traktor yüksək sürət yığaraq Ginnesin rekordlar kitabına düşdü – VİDEO

21-11-2019, 03:06           
Traktor yüksək sürət yığaraq Ginnesin rekordlar kitabına düşdü – VİDEO
Britaniyalı teleaparıcı Qay Martin traktorla yüksək sürət yığaraq dünya rekorduna imza atıb. 1000 at gücünə malik olan “JCB Fastrac 8000” traktoru ən sürətli olduğunu rəsmləşdirərək Ginnesin rekordlar kitabına düşüb.

milletinsesi.info xəbər verir ki, Martinin rekordunu Elvinqtondakı Kral HHQ-nin eniş-uçuş zolağında həyata keçirib.

“JCB Fastrac 8000” 217,57 km/s orta hesablı sürət göstərib, traktorun maksimal sürəti isə 247,35 km/s olub. Ginnesin rekordlar kitabının nümayəndələri rekordu qeydə alıblar.

“JCB Fastrac 8000” 7,2 litrlik dizel mühərriki ilə təçhiz olunub. Rekord üçün traktora xüsusi olaraq 6 pilləli ZF sürət qutusu quraşdırılıb. Bundan əlavə traktor daha yüngül aerodinamik kabinaya malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru