BALAM, BU MİLYARDERLƏR NİYƏ GÖRÜNMÜRLƏR?

9-12-2019, 19:13           
BALAM, BU MİLYARDERLƏR NİYƏ GÖRÜNMÜRLƏR?
Köhnə bir anekdot var. Erməni ilə çinli avtobusda yol yoldaşlığı edirlər. Çinli soruşur ki, siz nə qədərsiz, hara gedirik erməni görürük. Erməni deyir ki, 9 milyon. Sonra erməni soruşur ki, siz nə qədərsiz. Çinli cavab verir ki, 1 milyard 500 milyon.

Erməni qaşlarını çataraq təəccüblə soruşur:

- Balam, bəs niyə görünmürsünüz?

İndi mətbuatda tez-tez dünyadakı azərbaycanlılar haqqında yazılar oxuyuram. Dünəndən də bir azərbaycanlı milyarder haqqında yazırlar ki, həbs olunub və 12 il iş veriblər: Gennadi Manaşirov. Özü də Kareliyada ən ağır həbsxanaya göndəriblər. Hələ üstəlik 6 milyon manata yaxın da cərimə ediblər.

Vaxtilə «Forbes» də yazıbmış ki, onun 700 milyon dollarlıq vəsaiti var.

Şarl Aznavur verdiyi konsertlərdən qazandığı pulu Ermənistana göndərir, Kim Kardaşyan da verdiyi müsamirələrdən qazandığı pulu Ermənistana göndərir.

Balam, bizim milyarderlər onlarınkından çoxdu, ikisi-üçünü çıxandan sonra qalanları niyə görünmürlər?
ədalət.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.