TƏBİB sədrindən özəl xəstəxanalara MÜRACİƏT

4-07-2020, 00:00           
TƏBİB sədrindən özəl xəstəxanalara MÜRACİƏT
“Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından (KT) keçən şəxslərlə bağlı məlumatlar TƏBİB-ə gec daxil olur”.
Teref.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, belə halların azalması üçün özəl tibb müəssisələri ilə danışıqlar aparılır:
“TƏBİB özəl xəstəxanaları daha da həmrəy olmağa çağırır. Çünki bəzən xəstələr qanda saturasiya 50%-ə düşdükdən sonra bizə müraciət edir. Bu isə onların sağlamlıqları üçün ciddi riskdir.
Belə vəziyyətdə həmin şəxsləri dərhal tənəffüs aparatına qoşmaq lazımdır. Əks halda, xəstəni itirə bilərik. Bunun qarşısının alınması üçün məlumatlar vaxtında ötürülməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru