“İqtisadiyyat Nazirliyi insanlarla siçan-pişik oynamağa başlayıb, belə idarəçiliyə görə xəcalət çəkirəm”

7-07-2020, 12:07           
“İqtisadiyyat Nazirliyi insanlarla siçan-pişik oynamağa başlayıb, belə idarəçiliyə görə xəcalət çəkirəm”
“İqtisadiyyat Nazirliyi insanlarla siçan-pişik oynamağa başlayıb. Dünən edilən şikayətlərdən, elektron kargüzarlığa müraciətlərdən sonra fəaliyyətinə icazə verilən fəaliyyət kodlarının tam siyahısını yaydılar və müraciət etdilər ki, kimin kodu bi siyahıda varsa, qeydiyyatdan keçə bilər. İndi neyləyiblər? Əvvəllər elektron icazə sistemində 2 düymə vardı və ondan birini seçməli idin: ya təsisçi ya da əmək müqaviləsi. İndi isə "təsisçi" düyməsini ləğv ediblər. Halbuki işçisi olmayan fərdi sahibkar təbii ki, özü-özüylə əmək müqaviləsi bağlayası deyil, o heç muzdlu işçi də deyil, sahibkar (işəgötürən) statusundadır. Hətta "əmək müqaviləsi" düyməsini seçsə belə, sistem onu qəbul etməyəcək. Çünki əmək müqavilələrinin elektron bazasında adından yoxdursa, imtina gələcək”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

“Özlərinə hörmət etməyən adamlardan başqalarına hörmət gözləməyin mənası qalmayıb. Belə idarəçiliyə görə xəcalət çəkirəm. Fərdi sahibkarlar kütləvi şəkildə öz hüquqlarını qorumalıdırılar. Onlara dəyən maddi-mənəvi ziyanın kompensasiyasını tələb etməlidirlər” – R.Ağayev qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.