Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir? – AZAL-dan AÇIQLAMA

7-07-2020, 15:39           
Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir? –
Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir?
Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə 11 iyun tarixli qərarına əsasən ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün COVID-19 testi ödənişsiz əsaslarla aparılır.
Bunu AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Yeniavaz.com-a təsdiqləyib. O bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları ölkədaxili uçuşlara bilet alan zaman onlara COVID-19 testinin götürüləcəyi klinikaya randevu təyin edilir:
“TƏBİB-in özü müəyyənləşdirir sərnişin saat neçədə, hansı klinikaya getsin. Bu zaman test pulsuzdur”.
Qeyd edək ki, bu xidmət xarici vətəndaşlar və xaricə səfər edən AZərbaycan Respublikası vətəndaşları üçün ödənişlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.