Xaricdən gələn mütəxəssislər virusu “cilovlaya” biləcək? - AÇIQLAMA

9-07-2020, 13:00           
Xaricdən gələn mütəxəssislər virusu “cilovlaya” biləcək? - AÇIQLAMA
Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.

Rusiya və Türkiyə mütəxəssisləri xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

Maraqlıdır, qonşu ölkə mütəxəssisləri koronavirusla mübarizədə yeni qaydalar tətbiq edə biləcəklərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya bildirib ki, istənilən halda qlobal məsələdə dünya təcrübəsinin bölüşdürülməsi işin xeyrinədir:

“Qlobal bir prosesdə və bəlada dünya təcrübəsindən istifadə işin xeyrinədir. Pandemiya üzrə təcrübə əslində bölüşülməlidir. Bunun ən yaxşı nümunələri, sınanmış metodlar istifadə olunmalıdır ki, bir ölkənin təhlükəsi hamının təhlükəsidir. O baxımdan, məsələyə bu cür yanaşılması düzgündür. Amma Azərbaycandakı mütəxəssislərin təcrübəsindən niyə istifadə edilmir ki, biz Rusiyadan və Türkiyədən mütəxəssis gətiririk? Bu suala da cavab verilməlidir. Hesab edirəm ki, bizim də mütəxəssislərdən istifadə edilməsi yaxşı olardı. İstənilən halda pandemiya ilə bağlı görüləcək səmimi, effektiv tədbirlərin hər biri işin xeyrinədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.