Koronanı aşkar edən ağıllı saat hazırlandı

13-08-2020, 07:57           
Koronanı aşkar edən ağıllı saat hazırlandı
Amerikalı alimlər koronavirusa yoluxmanı tez aşkarlayacaq yeni qacet – ağıllı saat hazırlayıblar. Artıq bu saat 5000 könüllü üzərində sınaqdan keçirilib.

Teref.az Medicina.az-a istinadən xəbər verir ki, fitnes qolbaq formasında olan saat yuxunun davamlılığı və nəbzin tezliyi və sayı ilə koronavirus ehtimalını təyin edəcək.

Çünki uzun müddət yatmaq, yuxululuq, nəbzin yüksəlməsi, sürətlənməsi 85% koronavirus xəstələrində xarakterik hallardır.

Bu saat kütləvi diaqnostika üçün istifadə oluna bilər və PÇR testindən daha səmərəlidir. Eləcə də virusu inkubasion və hələ simptomsuz dövrdə aşkarlamağa imkan verir.

Saatı taxan şəxsdən alınan məlumatlar riyazi alqoritmlə incələnir və 85% halda elə başlanğıcda koronavirus ehtimalını təsdiq edir.

Müəlliflər yaxın gələcəkdə saatın imkanlarını genişləndirərək, qanda oksigenin səviyyəsini ölçmə imkanını da əlavə edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.