Bu xəstəliyi olanlar uşaqları övladlığa götürə bilməyəcəklər - YENİ QAYDA

15-10-2020, 21:44           
Bu xəstəliyi olanlar uşaqları övladlığa götürə bilməyəcəklər - YENİ QAYDA
Nazirlər Kabineti “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nı təsdiq edib.
Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı aşağıdakı kimi müəyyən olunub:
1. Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
2. Bütün növ infeksion (yoluxucu) xəstəliklər
3. Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
4. Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
5. Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.