Rusiyada səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO

5-10-2022, 11:08           
Rusiyada səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO
Rusiyanın Saxalin vilayətində səfərbər olunanların yaxınlarına beş kiloqram balıq veriləcək.

Bu barədə “Vahid Rusiya” partiyasının vilayət icraiyyə komitəsinin rəhbəri Mixail Şuvalov bəyan edib.

O qeyd edib ki, Saxalinə doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb.

“Saxalin vilayətinin hökuməti balıqçılıq sənayesi ilə razılığa gəlib və rayona doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb... Yaxın gələcəkdə Saxalin vilayətində 180 nəfərdən ibarət könüllülər səfərbər edilmiş sakinlərin ailələrinə adambaşına beş-altı kiloqram balıq verəcək”, - deyə Şuvalov bildirib.

Qeyd edək ki, bundan əvvəl Tuvada səlahiyyətlilər hər səfərbərliyə cəlb olunmuş çağırışçıya görə ailəyə bir diri qoyun verməyə başlayıblar.


Mənbə: İasax.kom












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru