Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

18-09-2023, 09:38           
Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb
Liviyanın Dərnə şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı məlum olub.

Bu barədə Liviya Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir. Halbuki, daha əvvəl BMT-nin Liviyadakı ofisi təbii fəlakət nəticəsində 11 mindən çox insan öldüyü barədə məlumat yaymışdı.

Həmçinin, bildirilir ki, şəhərdə 10 min nəfərdən çox adam itkin düşüb. Dərrnədən kənarda Liviyanın şimal-şərqində isə daşqınlar nəticəsində 170 nəfər həlak olub.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru