BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU NURLANA ƏLİYEVAYA AÇIQ MƏKTUB !

5-11-2019, 21:55           
BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU NURLANA ƏLİYEVAYA AÇIQ MƏKTUB !
Tərtərdən yazıram Sizə !! ..
Rektor olduğunuz Universitetdə mənim şagirdlərim oxumuşlar və oxuyurlar ..Sizə neçə illər öncə -O zaman rektor Kamal Abdulla idi -- universitetdəki dialoqu xatırladım ...
Kamal Abdulla birinci kurs tələbələri olan auditoriyaya daxil olur ..onları təbrik edir !! Sonra da deyir ki , tələbə adı qazanmısınız ..amma axı nələri oxumusunuz ..Əlbəttə , dərslikdən başqa heç nə ! Şagirdim Rəşad ( Rəşad Camal Mehdiyev ) yerindən qalxır və ,-siz soruşun ki , nələr oxumamışıq !?- deyir .. Nə oxumusan , məsələn !? Rəşad da az qala dünya ədəbiyyatının yarısını sayıb ..Hardan oxuyurdun , dərslikdənmi, - deyə soruşur ..Rəşad ,- xeyr , ədəbiyyat müəllimimin şəxsi kitabxanasından !.. Və əlavə edim ki ,müəllimim Bəsti müəllimə ilə bir fakültədə oxumusunuz !! ..

Nurlana Əliyeva ! Atəş bölgəsindən , cəbhə xəttindən Sizə göndərdiyim uşaqlar rektorla polemikaya girəcək qədər səviyyəli olduğu halda ...Siz nə işlə məşğulsunuz !?..Bu millətin övladlarını manqurtlaşdırmağa mənəvi haqqınız yoxdur !!..Xəbəriniz olsun , hər bir dərsimə başlamazdan ayaqdayıq ..himn oxuyuruq ..sonra dərs ..bu coşqunu yaratmadan hansı milli mənəvi dəyərdən danışmaq olar ? ..Bəs Siz neylədiniz ?..
Sizə bir rus filmi xatırladım --""Sredi beloqo dnya ! "Günahı olmayan birini ittiham edirlər ..ailə şərəfini qorumaq üçün bir alkaşı ..tüfeylini öldürmüşdü ..Müstəntiq soruşdu ki , niyə öldürdün axı? ..Müttəhimin cavabı -- "Potomu çto , on plyunul na moyu serdsu sredi beloqo dnya !!"
Siz ...Nurlana Əliyeva !! Şəhid sızıltısı hələ də ürəyində qövr edən bu millətin ürəyinə - vı plyunuli sredi beloqo dnya !!..Üstəlik manqurt tələbələri də bu məkrinizə qoşdunuz !..Siz bu tələbələrə bilirsiz nə öyrətməli idiniz !! Primakovun əli havada qalmalı idi ..Deməli idilər ki , mənim babam olub Yanvar şəhidləri !!..

Mən ədəbiyyat müəlliməsiyəm ..Bu yaxınlarda " Azərbaycançılıq ideyasını şagirdlərə necə öyrədirsiz" pedaqoji mühazirəsinin qalibi olmuşam ...Sizə də öyrədə bilərəm ! Ya Tərtərə gəlin ..Dəyirmi masa polemikasına ! Ya da mən gəlim ! Yoxsa elə bilirsiniz Slavyan aləmini bircə Siz bilirsiz ..Əgər rusun tarixi , ədəbiyyatı , musiqisi , teatrı , rəssamlığından və ya kino sənətindən həmmüsahib olaq ..bircə addım məndən qabağa keçsəniz , Sizdən üzr istəyəcəm !! Hansı dildə olacaq bu duello --rus və ya Azərbaycan ..fərq etməz !! ...

PS ..Primakovu da dəvət edin !! Esseləri də gətirin ..onları özüm yoxlayacağam !!
Siz və Universitetiniz-- İKİ aldınız bu xalqdan !..

PS: Siz sevinin ki , bu məktuba bir az ədəbiyyat qarışıb ! Siyasilər , onsuz da sözlərini demişlər .. Məndə siyasət adlı bir mərəz yox !..Şəhriyar..
Besti Ismayilova,müəllimə.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.