Cavanşirlər

29-05-2023, 08:09           
Cavanşirlər
Cavanşirlər — Azərbaycanın qədim soylarından biridir. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər.
Soyun yaranması.
2 Cavanşirlər sülaləsi
3 Soyun məşhur nümayəndələri.
Soyun yaranması.
Əsкi mоnqоl qurumlаrındа gоrаn və оrun аdlı düzülüş sistеmi vаrdı. Gоrаndа və оrundа хаndаn, хаqаndаn sоldа ən hörmətlilər dururdulаr. Bu sistеm оrdudа dа gözlənilirdi. Оrdunun sоl cinаhındа döyüşənlər "cаbаn qаr"—sоl qоl, sаğ cinаhındа döyüşənlər isə "bаrаn qаr"--sаğ qоl аdlаnırdı. Sаvаşа həmişə sоl qоl bаşlаdığındаn bu qоldа sеçкin bаhаdırlаr dаyаnırdılаr. Azərbaycandа iqtidаrdа оlmuş Еlхаnlılаr, Çоbаnlılаr, Cəlаyırlаr, Bаrlаslаr (Tеymurlulаr) və digər qurumlаrın аğаlıq dönəmlərində оrdunun аpаrıcı qоlu cаbаn qаr idi. Cаbаnqаr аdı gеt-gеdə dеyiliş nəticəsində ilкin biçimini dəyişərəк Cаvаnşir şəкlinə düşdü.
Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.
Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqışünas bəxş edib.
Cavanşirlər sülaləsi.
İbrahimxəlil ağa.
Pənahəli xan Qarabağlı
(?—1763).
İbrahimxəlil xan
(1732—1806) Mehrəli bəy
(1735—1785)
Məhəmmədhəsən ağa
(1755—1806) Cavad ağa
(1757—1779) Mehdiqulu xan Əbülfət xan Tuti
(?—1835) Xanlar ağa
(?—1831) Ağabəyim ağa
(1782—1832) Məmmədqulu bəy
(1762—1797)
Cəfərqulu xan Nəva
(1785—1867) Xurşidbanu Natəvan
(1832—1897)
Ata xan Mehdiqulu xan Vəfa
(1855—1900) Xanbikə
Qəmər bəyim Şeyda
(1881—1933) Bəhram xan Naxçıvanski Əkbər xan Naxçıvanski
(1873—1961)
Cavanşirlər soyu Qarabağ xanlığını idarə etmişlər. bu soyun sülaləsi.
Xan Pənahəli xan Sarıcalı-Cavanşir 1747 1762
Xan Mehrəli bəy Sarıcalı-Cavanşir 1762 1763
Xan İbrahimxəlil xan Cavanşir 1763 1806
Xan Mehdiqulu xan Cavanşir 1806 1822
Soyun məşhur nümayəndələri:
Pənahəli xan Sarıcalı-Cavanşir, Qarabağ xanı (1747-1862), Xanlığı yaradıcısı
İbrahimxəlil xan Cavanşir, Qarabağ xanı (1863-1806), general-leytenant
Mehrəli bəy Sarıcalı-Cavanşir, Qarabağ xanı (1863)
Mehdiqulu xan Cavanşir, Qarabağ xanı (1806-1822), general-mayor
Əbülfət xan Tuti, şair, general-mayor
Əhməd bəy Cavanşir , tarixçi
Cəfərqulu xan Nəva, şair, general-mayor
Baba bəy Şakir , şair
Məhəmməd bəy Sarıcalı-Cavanşir, xanlığın sərkərdəsi, müvəqqəti xanlığı icra etmiş şəxs
Məhəmməd bəy Aşiq, şair
Məhəmmədəli xan Cavanşir, diviziya generalı
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, xanlığın vəliəhdi, general-mayor
Mirzə Mehdi Sarıcalinski, şair, praporşik
Molla Abbas Cavanşir, şair, riyaziyyatçı, axund
Ağabəyim ağa (Ağabacı), şair, Fətəli şah Qacarın şahbanusu
Hacı Ağalar xan Cavanşir, Qarabağ xanlığının sərkərdəsi, kapitan
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir, (1796-1888). şairə, mesanat
Xurşidbanu Natəvan, şairə
Qasım bəy Zakir , şair
Kərim ağa Cavanşir, polkovnik
İbrahim bəy Azər, şair
Xan Şuşinski, xanəndə
Xanlar ağa Sarıcalı-Cavanşir, Qarabağ xanlığının sərkərdəsi,polkovnik
Allahyar Cavanşirov, tarzən
Əfsər Cavanşirov, bəstəkar
Əbdüssəməd bəy Aşiq, şair
Həmidə xanım Cavanşir, xeyriyyəçi, yazıçı..
Ətayə Odər Əkbərsoy
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.