"Azercell"in özbaşınalığı yazarı hövsələdən çıxartdı: "Niyə cibimə girisən""

11-05-2019, 08:06           
"Azercell"in özbaşınalığı yazarı hövsələdən çıxartdı: "Niyə cibimə girisən""
"Artıq yorulduğum və iyrəndiyim üçün buradan yazıram".

Savash.org xəbər verir ki, bu sözləri "Azərcell"dən narazılıq edən yazar Elnur Astanbəyli sosial şəbəkədəki səhifəsində yazıb.

Onun yazısında çoxsaylı dostları tərəfindən "Azercell" tağ edilsə də, nədənsə şirkət problemə aydınlıq gətirməkdən yayınıb.

Qeyd edək ki, E.Astanbəyli bildirib ki, indiyədək istifadə etdiyim nömrəni dəfələrlə və birtərəfli şəkildə hansısa mənasız, geydirmə xidmətlərə qoşub cibindən xeyli pul çırpışdırılıb:

"Sonuncu dəfə də "Zvuk" adlı xidmətinizə qoşulduğumu öyrənirəm, sonradan araşdırıram ki, bununla bağlı xəbərdarlıq mesajını da gecənin bir yarısı (saat 04.44) göndərmisiniz və 1 gün sonra başlamısınız günə 15 qəpik silməyə. Sizə şəxsi nömrəmi mənim istəyim, razılığım olmadan hansısa gicdırnaq xidmətinizə qoşmaq, bu yolla cibimə girmək haqqını kim verib? Niyə həftə səkkiz, mən doqqiz sizin bu cür cir-zibillərinizlə uğraşmalıyam?

Hörmətsiz Azercell!

Doğrudanmı, sizdə azacıq utanma, arlanma deyilən bir şey yoxdur?

Belə də ki problem deyil: Şakaya pul lazımdırsa, deyin, fitrə-zəkatımızı sizə verək".

Məsələ ilə bağlı "Azercell"in də mövqeyini dərc etməyə hazırıq.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.