Müəllimə valideynləri etiraza səslədi... - "Valideynlər, qalxın..."

14-10-2019, 12:51           
Müəllimə valideynləri etiraza səslədi... - "Valideynlər, qalxın..."
Sumqayıt şəhər 6 saylı məktəbin müəlliməsi Allahverdiyeva Lalə Sumqayıt təhsil Şöbəsinin müdiri Arzu Əlizadəyə şikayət məktubu ünvanlayıb

Bu barədə Bolgexeber.com-a müraciətində Lalə Allahverdiyeva bildirib. Məktubda Lalə Allahverdiyeva 6 saylı məktəbdə baş verən özbaşınalıqdan, məktəbin direktoru İradə Məmmədovanın özbaşınalığından və direktorun ona qarşı qərəzli mövqeyindən şikayət edir.
Onun iddiasına görə məktəbdə uşaqlardan təmir adı altında pul, bayramlarda pul, “lapatka” pulu, süpürgə pulu və sairə adla pul yığılır. Bundan başqa şagirdlərin 2-ci növbədən 1-ci növbəyə keçirilməsi üçün valideyinlərdən 300 manat rüşvət istənilir.Lalə xanım dəfələrlə məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət edərək etirazını bildirdiyini deyir. Bolgexeber.com olaraq məktəbin direktoru ilə əlaqə saxladıq, , amma direktor açıqlama verməkdən yayındı.Məsələ ilə bağlı digər valideyinlərlə də əlaqə saxladıq ,onlar da faktı təsdiqlədilər.Əməkdaşlarımız məsələ ilə bağlı adıçəkilən məktəbdə olublar və bununla bağlı hazırladığımız reportajı yaxın zamanlarda oxuculara təqdim edəcəyik.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.