İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirdi

9-12-2019, 07:40           
İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirdi
Azia.az-a Zəngilan məcburi köçkünü H.Z.Tağıyev küçəsi, döngə 3, dalan 2, ev 3 yaşayan II qrup Qarabağ əlilinin qızı Abbasova Xanım tərəfindən şikayət daxil olmuşdur. Abbasova Xanım Oqtay qızı şikayətində bildirir ki, Abşeron rayonunun baş memarı Akif Əliyevin işçisi Tural tərəfindən onun əmlakına külli miqdarda ziyan vurulmuş və özünə ağır bədən xəsarəti yetirilmişdir. Şikayət məktubunu olduğu kimi dərc edirik.
Hörmətli redaksiya!!

Yazaraq bildirirəm ki, qonşumun evinin pəncərəsi mənim həyətimə sarı olduğu üçün, qonşu evimin içinə lazer salır, həmçinin digər əxlaq normalarına zidd hərəkətlər edir. Bu baxımdan qonşunun bu əxlaqsız hərəkətlərini görməmək üçün öz həyətimdəki həmin əraziyə divar çəkmək istədim. Özünü Memarlığın işçisi kimi təqdim edən Tural adlı şəxs həyətimə girib qanunsuz olaraq işlərimi dayandırdılar. Sözügedən qonşunun şikayəti əsasında. Bu qanunsuz hərəkətə görə,mən Zəngilan məcburi köçkünü H.Z.Tağıyev küçəsi, döngə 3, dalan 2, ev 3 yaşayan Abbasova Xanım Oqtay qızı 02.12.2019 tarixində Abşeron rayon icra başçısının qəbulunda oldum.
İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirdi
İradə Gülməmmədovaya bildirdim ki, eviumin bütün sənədləri var. Öz həyətimdə tikinti apara bilmirəm. İradə Gülməmmədova da baş memara niyə mane olursunuz deyə hiddətlə bildirdi. Memar Akif Əliyev ayağa qalxaraq başçıya bildirdi ki, onun sənədi varsa heç kim ona bir söz deyə bilməz. Qəbuldan evə qayıdan kimi tikintini davam elətdirməyə başladım.



Abşeron rayon Memarlıq və tikinti şöbəsınin Tural adlı(digər bir nəfərlə) işçiləri yenidən həyətimə soxularaq mənə külli miqdarda maddi ziyan vurmaqla yanaşı, həmçinin döyərək ağır bədən xəsarəti yetirdilər. İşlətdiyim usta Orxan , fəhlə Ramin və rəfiqəm Gülnar Müzəffərlinin gözləri önündə mənə qarşı güc tədbiq etdilər. Əmlakıma külli miqdarda ziyan vuruldu. Xatırladım ki, evə aid bütün sənədlər almışam. Ev özəlləşdirilmiş evdir. Deyərdim ki, bu ərazidə az adamlar tapılar ki, evlərinin sənədləri olsun. Öz evimdə, həyətimdə iş görə bilmirəm. Qonşum Memarlıq və Tikinti şöbəsinin işçiləri ilə birləşib mənim əmlakımı dağıtdılar və mənə də ağır bədən xəsarəti yetirdilər. Mən dərhal 102 xidmətini yığaraq polisə şikayət etdim. Tibbi ekspertizadan keçmişəm. Yeni əməliyyat olunduğum üçün bədənimdəki əməliyyat tikişləri çökülmüş və yarada qanaxma baş verdi. Həkimlərin operativ müdaxiləsi məni ölümdən döndərdi.
Xatırladım ki, İradə Gülməmmədova baş memara tapşırıq versə də Akif Əliyev öz maraqlarını güdərək işçisinin bu əməllərinə haqq qazandırır. Akif Əliyev bir qrub belə dələduzun arxasında dayanıb vətəndaşları maraq xatirinə incidirlər. Bu da Prezidentin islahatlarına qarşı baş memarın gördüyü işlərin tərkib hissəsidir.
Bildirim ki, atam Abbasov Oqtay II qrup Qarabağ əlilidir.Allah rəhmətinə gedib. Özüm anamla birlikdə bu evdə yaşayırıq. 2 qadın bu dələduzların əlində qalmışıq.Çarə tapmadığım üçün cənab Prezidentə və birinci Xanıma müraciət edirəm. Xahiş edirəm ailəmizə köməklik göstərəsiniz. Mənə dəymiş ziyanın ödənilməsinə və ağır bədən xəsarəti yetirmiş memarlığın dələduz işçilərinin ən ağır formada cəzalandırılmasına göstəriş verəsiniz.

Abbasova Xanım Oqtay qızı













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.