AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA

16-12-2019, 08:47           
AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA
AQTA rəhbərliyi yenə də heyrətləndirir
“Sual olunur, iki müxtəlf iddiaçı 1 qəpik fərq ilə çoxsaylı mebel inventarının tədarükü üçün tender təklifini necə verib və “İdeal Office” MMC müqaviləni Gündüz Əliyevdən necə “qoparıb”?”

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi dekabrın 12-də “İdeal Office” MMC ilə mebel avadanlığının alınması üçün müqavilə bağladığını elan edib. Bir gün öncə isə fərdi sahibkar Gündüz Əliyevin tenderdə qələbəsi və onunla 1 qəpik fərq ilə həmin məbləğdə müqavilə bağlanması barədə məlumat ictimaiyyətə təqdim olunub.

TİA.AZ xəbər verir ki,bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı facebook səhifəsində məlumat yayıb.Hafiz Babalının paylaşdığı statusu olduğu kimi təqdim edirik:
“Mebel alışı üçün elektron tender bu il oktyabrın 25-də elan edilib. Dekabrın 9-da tender başa çatıb və 205 min 10 manat 83 qəpik məbləğində müqavilə elekron qaydada Gündüz Qəribxan oğlu Əliyevə (vergiödəyicisinin eyniləşdirmə nömrəsi – 2003015442) təqdim edilib. Elektron dövlət satınalmalarının vahid portalında yayımlanan elanda qeyd olunub ki, sahibkar Qida Təhlükəsizliyi Agentliyinə 1179 ədəd mebel avadanlığı verəcək. Dekabrın 12-də həmin Tender Komissiyası bu müqavilənin hüquqi şəxs – “İdeal Office” MMC ilə bağlanması barədə məlumat yayıb. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, 2017-ci il fevralın 28-də bu ad altında iki şirkət iki VÖEN – 2004237581 və 2004237321 ilə dövlət qeydiyyatından keçib. Hər iki şirkətin direktoru eyni şəxsdir – Cavid Yolçuyev.
Sual olunur, iki müxtəlf iddiaçı 1 qəpik fərq ilə çoxsaylı mebel inventarının tədarükü üçün tender təklifini necə verib və “İdeal Office” MMC müqaviləni Gündüz Əliyevdən necə “qoparıb”?”

Qarşı tərəfi də dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.