İcra Hakimiyyətinə qarşı şok ittiham- “Onlar anti-milli qüvvələri dəstəkləyir”

5-06-2020, 22:38           
İcra Hakimiyyətinə qarşı şok ittiham-
“Mingəçevir Şəhər İcra Hakimiyyətində Qarabağ qazilərinə, müharibə əlillərinə az qala düşmən gözündə baxırlar”.
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialı “Kanal32” İnformasiya Agentliyinə (kanal32.az-a) müraciət göndərib. Müraciət məktubunda sözügedən İctimai birlik Mingəçevir Şəhər İcra Hakimiyyətində onlara qarşı sərgilənən qərəzli və mənfi münasibətlə bağlı öz etirazlarını ifadə edərək rəsmi bəyənat veriblər.Birliyinin məktubunda qeyd olunur ki,dövlətimizin müvafiq qanunvericiliyin tələblərinə uyğun və hüquqi-normativ aktlara əsasən fəaliyyət göstərmələrinə şərait yaradılması üçün bir neçə dəfə Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilib.Birliyinin Mingəçevir filialının sədri Oktay Cəfərovun kanal32.az-a verdiyi məlumata görə, üzləşdikləri bürokratik əngəllər,müxtəlif bəhanələr və qərzəli münasibət səbəbindən müraciətləri müsbət cavablandırılmayıb:”Ən maraqlısı və acınacaqlısı odur ki,İcra hakimiyyətinin rəhbərliyi bu xalqın azadlığını,müstəqilliyini vəhşicəsinə boğan kommunistlərə açıq dəstək nümayiş etdirir.30 ilə yaxındır varlığı ilə yoxluğu bilinməyən,heç biri fəaliyyəti olmayan Azərbaycan Kommunist Partiyasının Mingəçevirdəki özündən və meşin papkasından ibarət olan “təşkilat sədri” Günəş Şəfaqətovun zəbt etdiyi boş otağı bizə vermir.Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yerləşdiyi binada olan bu otaq dövlətin balansındadır.”Partiya təşkilat sədri” Günəş Şəfaqətov bu otağın istifadəsi üçün heç bir müqavilə bağlamayıb.Onun bu “işğalına” isə icra hakimiyyəti necə lazımdır,elə də rəvac verib.Bir sözlə,şəhər rəhbərliyi və aidiyyatı şəxsləri Müstəqil Azərbaycan dövlətçiliyinin əleyhinə olan anti-milli qüvəllərə dəstək verir”.
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialının rəsmi müraciətini olduğu kimi təqdim edirik:
Onu da qeyd edək ki, bu,Mingəçevir Şəhər İcra Hakimiyyətində Şəhid ailələrinə,Qarabağ qazilərinə, müharibə əlillərinə,məcburi köçkünlərə sərgilənən biganə münasibətlə bağlı ilk hal və ilk iddia deyil.Son illər belə hallarla bağlı dəfələrlə mətbuatda yazılar gedib və daha sərt ittihamlar səsləndirilib.Deməli,od olmayan yerdən tüstü çıxamaz…
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialının üzvləri deyir ki,bizim üçün maraqlıdır,görəsən,Mingəçevir şəhər rəhbərliyinin 20 Yanvar faciəsini törədən,xalqımızın qaymaqlarını məhv edən anti-milli qüvvələrə qarşı olan bu “kommunist-komsomul sevgisi” haradan qaynaqlanlır?
Redaksiya olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
İnterPosta.info
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.