"Tamam başlarını itiriblər! Nə etdiklərinin fərqində deyillər."- ŞİKAYƏT
2-08-2020, 00:11
Teref.az yazır ki, Kapital Bank-dan şikayət var. Şikayətçi Şhemin Həsənova başına gələnləri öz müraciətində belə təsvir edir: Kapital Bank dan olan kredit kartımı bağlayıb atmaq isteyirem. 540 manat götürdüyüm kreditə hədsiz faiz gəlməklə hardasa 900 manat ödəmiş oluram.
Operatordan bəzi detalları soruşuram, deyir gəlin çıxarış alın ordan baxın daha ətraflı. Faizlərin hardan necə gəldiyini öyrənmək müştəri olaraq ən təbii haqqımdır, bunun üçün çıxarış istədim deyirlər möhürlü çixarış ödənışlıdır, ödənişsiz olan möhürsüzdür.
il yarım istifade etdiyim kartımın, ödədiyim kreditın çıxarışını həqiqətən də Kapital banka aid olduğunu sübut edən sənəd üçün pul ödəməliyəm. Belə şey yoxdur. Belə çıxır ki çıxarışlar bir birindən fərqlidir. Öz çıxarışlarını bəribaşdan danmağa meyllidirlər.
Tamam başlarını itiriblər! Nə etdiklərinin fərqində deyillər Teref.az olaraq qarşı təfəin fikirlrini dinlməyə hazırıq! Teref.az