"Oğurluqla milyonçu olmayacaqsınız" - Jurnalist "Azərcell"-i oğurluqda ittiham etdi - Foto

12-08-2020, 14:12           
"Oğurluqla milyonçu olmayacaqsınız" -
Teref.az yazır ki, "Azərcell" mobil operatorunun müştərilrinin başına açdığı oyunlardan bitib tükənməyən şikayətlərə daha biri əlahə olundu!
Tanınmış jurnalist Ozal İbrahimli "Azərcell" mobil operatorunu oğurluqda ittiham edib.

Correct.az xəbər verir ki, bu barədə şəxsi hesabında yazan jurnalist bildirib ki, heç bir qısa nömrəyə mesaj göndərməsə də "Azərcell" şirkəti onun balansından icazəsiz vəsait çıxaraq onun nömrəsini "Zəngimcell" xidmətinə abunə edib.

Jurnalist həmçinin bildirib ki, şirkətə heç bir xidmətə abunə olmadığını bildirsə də şirkət onu günahkar çıxartmaqda davam edib:

"Mobil telefon işlədəndən bu yana "ZəngimCELL" istifadə etdiyim yadıma gəlmir. Açığını desəm necə istifadə edildiyini də bilmirəm. "Azercell" “sağolsun”, balansımdan kefinə düşəndə pul silib, avtomatik olaraq mənə öz zövqündə "ZəngimCELL" verir. Özbaşınalıq baş alıb gedir. Oğurluqla milyonçu olmayacaqsınız! Özünüzü gözdən salmayın! Operatorlarınıza da öz “ağıllı” sözlərinizdən öyrədib, müştərilərin əsəbini korlamayın! Ayıbdır! Valla ayıbdır!".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru