Məktəblini kazinoya cəlb edənlər mütləq cəzasını almalıdır… - Əsgərin atası dövlət qurumları rəhbərlərinə müraciət etdi…

24-11-2022, 08:44           
Məktəblini kazinoya cəlb edənlər mütləq cəzasını almalıdır… -
Bir neçə gün öncə Laçın rayonunda hərbi xidmətdə olan 2003-cü il təvəllüdlü, Şamaxı sakini Məlikov Əziz Soltanpaşa oğlunun, Bakı şəhərində avtoşluq etməsi ilə bağlı mediada məlumat yayıldı.
Bu gün Əziz Məlikovun atası, Məlikov Soltanpaşa Əziz oğlu redaksiyamıza gələrək məsələnin mahiyyəti ilə bağlı danışaraq, ölkə rəhbərliyinə müraciət etdi.
Soltanpaşa Məlikovun müxbirimizə verdiyi məlumata görə, Əziz Məlikov hələ orta məktəbin son siniflərində oxuyarkən, onu məktəbə aparıb-gətirən sürücü Arazın vasitəsilə Fuad, Nuru, Vüqar, Zeynəb adlı şəxslərlə tanış olub.
Həmin dəstə üzvləri orta məktəb şagirdi olan Əziz Məlikovu qumar oyununa, daha dəqiq desək, "online kazino" oyununa cəlb ediblər.
Soltanpaşa Məlikovun dediyinə görə, hələ orta məktəbdə oxuyan vaxtı, oğlu Əziz Məlikov 20 min manat, sonra 10 min manat, daha sonra 15 min dollar yuxarıda adları çəkilən dəstə üzvlərinin təşkil etdiyi qumar oyunlarında uduzub. Ümumiyyətlə, dəstə üzvləri Məlikov Əzizdən üsü-üstə, 400 min manata yaxın təşkil olunmuş qumar oyununda pul vəsaiti udublar.
Soltanpaşa Məlikovun dediyindən bəlli olur ki, o, oğlunun borcunu ödəmək üçün 3 evini, çayxanasını, bazarını, Çuxuryurd kəndindəki mağazasını satıb. Təki bu dəstə oğlunu sağ-salamat buraxsın. Onu qətlə yetirməsinlər. Məlikovlar ailəsi bildirirlər ki, bu dəstə üzvləri onların ailələrini hər dəqiqə şantaj edirlər, uduzulan pulları ödəməyəcəkləri təqdirdə gözlərinin ağı-qarası olan tək övladlarını bir daha görməyəcəklərini bildirmişlər. Məhz buna görə də, biz Hüquq Mühafizə Orqanlarına heç cür şikayət edə bilmirdik. Soltanpaşa Məlikov onu da bildirdi ki, bu cinayətkar dəstənin törətdiyi əməllərə görə oğlumuzu Ali məktəbdə əyani təhsil aldığı bir halda, təhsilini qiyabiyə çevirib hərbi xidmətə yola salmışıq. Tək övlad olmağına baxmayaraq, biz Əzizi mərkəzdən uzağa, Laçın rayonuna hərbi xidmətə göndərmişik. Əsgəri xidmətdə olduğu dövrdə, övladımız Əziz normal əsgəri xidmətini davam etdirirdi. Aprel ayında mənim xəstəliyimlə əlaqədar Əziz ezamiyyətə gəlmişdir. Ezamiyyətinin son günündə biz Əzizi tapa bilmirdik. Sonradan bizə məlum oldu ki, yuxarıda adlarını çəkdiyimiz cinayətkar dəstə yenə Əzizlə əlaqə yaradıb, bu dəfə də ondan 47min manat pul vəsaiti udmuşlar.
İndi isə yuxarıda adı keçən cinayətkar dəstə ( Araz, Nuru, Zeynəb ) yenidən 47 min manat tələb edirlər. Məsələ burasındadır ki, onlar bu pullları udduqdan sonra, Əzizi videoya çəkərək, pulu verməyəcəyi təqdirdə dəhşətli söyüşlərin onun ünvanına aid olacağını bildirdilər.
Hətta hazırda əsgərlikdə olan Əziz Məlikovun təhqiramiz şəkildə videosunu çəkərək paylaşırlar, hətta əsgərin hərbi hissəsinə göndəriblər. Bir sözlə, hədə-qorxu və jantaj yolu ilə pulu tələb edirlər.
Əsgərin atası Soltanpaşa Məlikov onu da deyib ki, dəstənin üzvü olan Fuad adlı şəxs əvvəlki uduzulan məbləği bağlamaq üçün ondan 8 min manat aldı, sonra Vüqar zəng vuraraq bildirdi ki, mənə Fuad heç 1 qəpikdə verməyib, mənə çatacaq 15 min manatı təcili verin, yoxsa Əzizin videosunu paylaşacam. Biz də naəlac qalıb yenidən 15 min manatı Vüqara ödəməli olduq. Fuadı tapıb 8 min manatı ala bilmədik. İndi isə Vüqar yenidən 47 min manat tələb edərək ŞANTAJ videoları paylaşır.
Əsgərin qohumu, Hüquq-Mühafizə Orqanlarında çalışan Amil Məmmədov isə müxbirimizə bildirib ki, artıq cinayətkar dəstə onu da şantaj etməyə başlayıb.
Əsgərin atası isə bildirdi ki, Amil ancaq qohum kimi bizə dəstək olmağa çalışır, bizimlə hər yerə gedir, mən rayonda yaşayan adamam, çox yeri tanımıram, Amil mənim qohumumdur. Mən əsgər atasıyam. Amil bir qohum kimi məni tək qoymur. Amil Məmmədovun rəhbərlərinə üzümü tutub deyirəm ki, çox sağ olun tabeçiliyinizdə belə insanlar çalışır. Qohumum olmasına baxmayaraq, min bir əziyyətlə bu səviyyəyə çatıb. Cinayətkar dəstənin üzvləri onu da şantaj edirlər.
Hal-hazırda Laçın rayonunda hərbi xidmətdə olan Əziz Məlikovun atası, Soltanpaşa Məlikov üzünü Müdafiə naziri Zakir Həsənova, Hərbi Prokuror Xanlar Vəliyevə tutaraq xahiş edir ki, oğlunun cinayətkar dəstə tərəfindən məcbur edilərək neqativ hərəkətlərə yol verdiyini bağışlasınlar. Soltanpaşa Məlikov bildirdi ki, mən ailəmlə birlikdə qorxuruq ki, bizim övladımız, əsgər Əziz Məlikovu bu cinayətkar dəstə öldürə bilərlər. Övladımız şantaj nəticəsində özünə xələl yetirər.
Ona görə də söhbətin sonunda əsgərin atası Soltanpaşa Məlikov cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, DTX-rəisi cənab Əli Nağıyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək, cinayətkar dəstənin bütün üzvlərinin tapılmasını və layiq olduqları cəzanın verilməsini xahiş edir.
P.S Bütün qumar oyunlarının təşkilatçılarına: -azyaşlı, məktəbli və əsgərləri bu oyunlara cəlb etməyin!!!
gundelik baki




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.