Əbülfəz Məlkovun “broker ordusu”…. - Yaxınları Əbülfəz Məlikovu həbsdən azad etdirməyə çalışır….

26-11-2022, 08:17           
Əbülfəz Məlkovun “broker ordusu”…. -
Bunun üçün yüz milyonlar xərclənir, xaricdən vəkillər dəvət olunur, amma Əliyarın həbsi qaçılmazdır...

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov haqqında uzun-uzadı məlumat verməyə ehtiyac görmürük. Uzun illərdir ki, bu adamın 90-cı illərdə 28 May metrosunun qarşısında siqaret satması, sonradan İranlı Mənüçöhr Əhədpurla ( onun erməni olduğu və soyadının Manuçaryan olduğu da deyilir ) şərikli biznes qurması, ölkəyə aksizsiz gətirilən siqaret mafiyasına rəhbərlik etməsi, hətta ermənilərlə qohumluğu barədə kifayət qədər yazılıb.
Bəli, Əbülfəz Məlikovun arvadının erməni olması bəllidir. Hətta sabiq millət vəkili Cümşüd Nuriyevin iddialarına görə Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir.
Təsəvvür edirsiniz, bu gün Ara Abramyan Xankəndində binalar tikir, hətta qondarma respublikanın hökümət rəhbəri sayılır və s. Bunlar hələ harasıdır..?
Əbülfəz Məlikovun ölkəyə gətirdiyi gübrələrə görə, pambıq tarlalarında çoxsaylı insanlar zəhərlənərək xəstəxanalara yerləşdirilmişdi. Nə bilək, bu olay bəlkə elə Ara Abramyanın əməlləri idi…
Ümumiyyətlə, Əbülfəz Məlikov təkcə siqaretə deyil, daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına, eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsinə də uzun müddət nəzarət edib. Rusiyadan gətirilən sement və tikinti materialları, ərzaq və qida məhsulları da Əbülfəz Məlikovun “əlinin altında” olub.
Hətta o da yazılır ki, Rusiyadan gətirilən bu məhsullar Əbülfəz Məlikovun Rusiyadakı erməni qohumlarına məxsus şirkətlərə aiddir. Əbülfəz Məlkovun Gürcüstandan Azərbaycana idxal olunan hər qoyuna görə, 30 dollar, hər danaya görə, 80 dollar alması barədə çox yazılıb. Ümumiyyətlə, Əbülfəz Məlikovun broker ordusu olub və orada çalışanlar minlərlə işçi olub.
Hətta DGK-nın əməkdaşları deyirdi ki, biz Əbülfəz Məlikovun işçilərinin “əlinə baxırdıq”. Təsəvvür edirsiniz dövlət qurumunun əməkdaşları Əbülfəzin və onun dəstəsinin əlinə baxır… Bütün bunlardan əlavə Əbülfəz Məlikov saxta şirkətlər vasitəsilə dövlət büdcəsinə 100 milyonlarla ziyan vurub.
Təsəvvür edirsiniz, Əbülfəz Məlkov Azərbaycan dövlətindən oğurladığı pulların hesabına milyonçu deyil ee, milyarderdir. Bu gün Əbülfəz Məlkovun milyardını Avopada, Amerikada, Kanadada Anar adlı qohumu fırladır. Biz hələ Əbülfəz Məlkovun Azərbaycana külli miqdarda ziyan vuran və sonra ölkədən qaçan Royal Bankın sahibi Əli Cemlə biznes ortağı olmasını, çirkli pulların yuyulmasında iştirakını demirik. Biz hələ Əbülfəz Məlikovun oğlu Murad Məlikovun məşhur PAPA JOHN’S PİZZA şəbəkəsini demirik.
Sözün qısası, atalar demiş, su sənəyi suda sınar. Və bir neçə ay öncə “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanıldı. O, külli miqdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Səbail Rayon Məhkəməsi isə onun barəsində verilən təqdimata baxaraq barəsində həbs qətimkan tədbiri seçdi. Oktyabrın 10-da isə Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb. Yəni 2 aylıq müddətin başa çatmasına az qalıb.
Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlkovun yaxınları onu həbsdən azad etdirməyə çalışır və bunun üçün yüz milyonlar xərcləyirlər.
Bəli, bir zamanlar Dövlət Gömrük Komitəsinin sədri olmaq istəyən Əbülfəz Məlikovun səsi indi həbsxanadan gəlir. Bəlkə, dostları onu həbsdən azad etdirib DGK sədri də qoydurmaq istəyirlər…? Məlumat üçün onu da qeyd edək ki, Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Bəli, məlumatda o da qeyd olunur ki, Əbülfəz Məlikovun həbsdən azad olmasının yeganə çıxış yolu Əliyar adlı şərikinin həbsi ilə bağlıdır. Hətta məlumatlı şəxs onu da bildirdi ki, Əbülfəz Məlikovun şəriki Əliyar adlı şəxs həmişə müxalifət yönlü çıxışları ilə yadda qalıb və Yalama hadisələri ilə bağlı çıxışı isə Hüquq Mühafizə Orqanlarının gözündən yayınmamalıdır.
Ətraflı növbəti sayımızda...
P.S. Bəzi şəxslərin nəzərinə çatdırıram ki, burunlarını hər yerə soxmasınlar. gundelik baki.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.