“MÜƏLLİMLƏRİN PULU KƏSİLİR, DEYİRLƏR Kİ, “YUXARI”YA ÇATACAQ” – “Bizim məktəbin əsas “elmi biliyi” puldur”

2-02-2023, 16:43           
“MÜƏLLİMLƏRİN PULU KƏSİLİR, DEYİRLƏR Kİ, “YUXARI”YA ÇATACAQ” – “Bizim məktəbin əsas “elmi biliyi” puldur”
Naxçıvan şəhər sakini, Babək rayon, Yarımca kənd orta məktəbində işləyən, müəyyən səbəblərdən adının gizli qalmasını istəyən oxucumuz Hurriyyet.az-a yazaraq, çalışdığı təhsil ocağındakı qanunsuzluqlardan şikaytlənib. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən uzun illərdir bu məktəbdə işləyirəm. Amma bu məktəbi hələ indiki qədər pis vəziyyətdə görməmişdim.
İlk öncə onu qeyd edim ki, illərdir müəllimlərin adına dərnəklər yazılır, amma bizə bir qəpik belə verilmir. Deyirlər ki, “yuxarı”ya çatacaq.

DTX Naxçıvana gələndən sonra müəllimlərə dedilər ki, bundan sonra dərnək pulunu özünüzə verəcəyik. Amma yanvardan sonra ara sakitləşdi, yoxlama getdi, “yenə köhnə hamam, köhnə tas”.

Xəstə olduğumuz zaman əmək haqqımızdan tutulur, iməclik adı ilə pullar yığılır. Bizə də deyirlər ki, bu pullar dövlətə keçir.

Vəzifəsi olan şəxs, bildiyiniz kimi 12 saatdan artıq dərs deyə bilməz. Amma Büllurə müəllimə (soyadını və vəzifəsini qeyd etməyib – red.) 20 saat dərs tədris edir.

Əlbəttə ki, bu məsəslə “yuxarı”da oturanlara da bəllidir, sadəcə əhəmiyyət vermirlər.

Digər tərəfdən dərsin ortasında şagirdləri acılayır, təhqir edir.

İcbari sığorta əmək haqqından tutulur. Əmək haqqı vaxtı Babək rayon sığortanın işçiləri dolur müəllimlər otağına və 10 manatdan “sığorta pulu” yığırlar. Hətta sinifə girib müəllimlərin üstünə də qışqırırlar ki, tez olun.

Harda görülüb belə ədalətsizlik? Bizim məktəbin əsas “elmi biliyi” puldur”.

Xahiş edirəm bu şikayətimi işıqlandırın, bəlkə qorxub pullarımızı kəsməyələr”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.