Şirvan Məhkəmə zalında Real market şefinin təhdid diqtəsi niyə cəzasız qaldı? - NARAZILIQ VAR...

4-06-2023, 09:34           
Şirvan Məhkəmə zalında Real market şefinin təhdid diqtəsi niyə cəzasız qaldı? - NARAZILIQ VAR...
Ata mülkündən miras payını 6 ildir ki almaqda məhkəmə çəkişmələri ilə əziyyət çəkən vətəndaş Qurbanova Cəmilə Ağaşirin qızına hər dəfə bir bəhanə gətirilir. Qeyd edək ki, Şirvan şəhər Əzizbəyov küçəsi 38 indiki Ə.Vahid küçəsində 2 sot içində 50 kv. m. 3 otaqlı fərdi yaşayış evinə dair 1961 -ci il Texniki pasportun müqabilində iddiaçının şəxsi vəsaiti hesabına DƏDRX- nin 13 saylı Şirvan ərazi idarəsində müvafiq ödəniş edilməklə Çıxarış sənədi də əldə edilmiş, İş üzrə təyin edilmiş Ekspertiza idarə əməkdaşları tərəfindən həmin evin natura şəklində bölgüsünün mümkünsüzlüyü barədə qərar da verilmişdir. Buna baxmayaraq həmin evdə 7 vərəsənin 5i , başda Qismət Ağaşirin oğlu Qafarov olmaqla digər qardaşları ilə birgə o boş qalan ata mülkünü kirayəyə verib pul qazanmaqdan ötrü öz paylarını evin kiçik qardaşı hazırda Rusiyanın İrkutsk vilayətində illərdir yaşayan Qafarov Bayram Ağaşirin oğluna bağışlamaqla guya paylarından imtina edirlər.
Digər vərəsə iddiaçı isə Qurbanova Cəmilə Ağaşirin qızı ona düşəsi 1/7 payı belə olduğu halda pul for maşında kompensasiya şəklində haqlı olaraq tələb edir.Tələbkar iddiaçı Qurbanova Cəmilə Ağaşirin qızının notarial səlahiyyətli nümayəndəsini isə keçirilən məhkəmə prosesində 11:30 30 may 2023 tarixində İrkutskdakı qardaşını müdafiə edən hazırda Şirvan şəhərindəki Real Marketin sahibi Qafarov Qismət Ağaşirin oğlu, zalda iştirakçı olaraq " Bayram gələr qarnına soxub səni öldürər !" deməklə iddiaçı vərəsəyə miras payı tələbindən boyun qaçırmağa çalışdı.
Və çox təəssüflər olsun ki Vərəsələrdən olan lakin illərdir burada yaşamayan Bayram Qafarovun bu təhdid edici diqtəsinin məhkəmə zalında səsləndirilməsinə hakim Ceyhun Mustafayev hər hansı bir qanuni tədbir görmədi.
Görünür Şirvan şəhərində sahibkar olaraq iri market sahibi kimi REALMARKETIN rəhbəri Qafarov Qismət nəyinəsə arxayın olur ki Azərbaycan Respublikasının adından qərar çıxaran bir dövlət binasında bucür təhdid edici çıxışlar səsləndirir.
Qeyd edək ki növbəti məhkəmə prosesi bir daha iddianın payçılar üzərində bağışlanma məsələsinə görə dəyişdirilməsi üzündən yenidən sözügedən fərdi yaşayış evində ölçü aparılması məqsədilə Ekspertizaya sorğu göndərilməsi üzündən təxirə salındı.
Proses keçirilən günün axşamı , bir daha İrkutskdan vatsap videozəngi ilə iddiaçı payçı Qurbanova Cəmilə Ağaşirin qızın qanuni səlahiyyətli nümayəndəsinə zəng edilərək ölüm təhdidi də edilmişdir. Məsələ artıq nəzarətə götürülməsi məqsədilə lazımi hüquq mühafizə orqanlarına müraciət də edilmişdir.
Mövzuya qayıdacağıq...

Dia.az üçün hazırladı
Xəyyam Qurbanlı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.