“Çudo-Peçka”lar çökür: Biri bağlanır - Standartdan kənar...

13-04-2015, 10:36           
“Çudo-Peçka”lar çökür: Biri bağlanır - Standartdan kənar...
Bakıda “Çudo-Peçka” restoranlarından biri bağlanır. Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqə dəyişdirilir.

Axar.az-a verilən xəbərə görə, restoran başqa adla təyinatı üzrə fəaliyyət göstərəcək. Paytaxtda bu restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı istisna edilmir. Çünki restoranlar şəbəkəsi əvvəlki fəallığı ilə diqqəti cəlb etmir. Şəhərdə bir vaxtlar dəbdə olan və müştəri izdihamı müşahidə edilən bu restoranların fəaliyyəti çox zəifləyib.

Müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan “Çudo Peçka”nın alınması ilə müəssisələrin işində başlanan geriləmə KFC restoranlarının açılması ilə daha da dərinləşib.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo Peçka” MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.