Azər Badamov: "Deputat öz dairəsinə heç baş çəkmir"

25-12-2019, 08:40           
Azər Badamov: "Deputat öz dairəsinə heç baş çəkmir"
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişaf dövrünü yaşayır. Bu inkişaf ölkə iqtisadiyyatının hər bir sahəsini əhatə edir. Ölkə başçısının ilin yekunlarına dair yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi bu gün Azərbaycan qlobal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilməklə milli maraqlarına uyğun müstəqil siyasətini davam etdirməkdədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Azər Badamov bildirib.

Onun sözlərinə görə, ölkəmizin bu istiqamətdəki beynəlxalq siyasəti dünyada Azərbaycanın mövqelərini günü-gündən möhkəmlətməkdədir: "Jurnalistlərin sualları beynəlxalq arenada Azərbaycanın mövqelərinə, Avropaya inteqrasiya proseslərinə, Dağlıq Qarabağ münaqişəsinin həlli məslələrinə, ölkə daxili inkişaf proseslərə və geniş miqyas almış islahatlara dair idi. Həmçinin ölkədaxili islahatlar prosesinə toxunan prezident qeyd etdi ki, ölkə həyatında geniş miqyas almış islahatlar prosesindən parlament də kənarda qala bilməzdi. Cənab prezident vurğuladı ki, növbədənkənar parlament seçkilərinin əsas məqsədi vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazasının formalaşması və qanunvericilik sahəsində atılan addımların ümumi islahatlar kursunu dəstəkləməsindən ibarətdir. Həm də dövlət başçısı yeni formalaşacaq parlamentə də öz tövsiyələrini verdi, yeni seçiləcək deputatlara öz dairələrində daha fəal olmağa səslədi. Bildirdi ki, bəzi hallarda, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır".

Azər Badamov qeyd edib ki, deputat xalqın elçisidir və insanları narahat edən məsələlərin aradan qaldırılmasına çalışmalıdır: "Bəzi hallarda xalqdan uzaq durduqda, seçiciləri dinləmədikdə, əlbəttə yenidən seçicilərin etimadını qazana bilməyəcəkdir. Düşünürəm ki, yeni seçilən parlament ölkə başçısının tövsiyələrini rəhbər tutaraq fəaliyyətlərinə başlayacaqlar və ölkəmizin inkişafının sürətlənməsinə öz töhfələrini verəcəklər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.