“Dairədə siyasi qərarın olacağı ehtimalı böyükdür” - Əli Əliyev

14-01-2020, 11:16           
“Dairədə siyasi qərarın olacağı ehtimalı böyükdür” - Əli Əliyev
“Dairədə siyasi qərarın olacağı ehtimalı böyükdür”
Vətəndaş və İnkişaf Partiyası bu seçkilərdə bir namizədlə iştirak edir. O da partiyanın sədri Əli Əliyevdir. Onun namizədliyi 17 saylı Yasamal III seçki dairəsindən irəli sürülüb. VİP sədri bir namizədlə seçkilərdə iştiraklarına bu cür aydınlıq gətirdi: “Biz yanvarın 9-da sənədlərimizi təqdim etdik. Qeydiyyatla bağlı hələ ki bir cavab yoxdur. Qanun imkan verir ki, ayın 15-nə qədər bizə cavab verilsin. Hələ ki cavab gözləyirik. Sənədlərimizdən arxayınıq. Heç bir problem ola bilməz. Açığı, həmin dairədə siyasi qərarın daha çox olacağı ehtimalı çox böyükdür. Partiyamız seçkinin gedişinə tam inanmır. Müstəqil şəkildə seçkidə iştirak edənlər də oldu. Seçkinin gedişinə tam inanmadığımız üçün bir dairə üzrə iştirak etmək və bu dairədə seçkilərə tam şəkildə nəzarət etmək qərarı verdik. İndiyə qədər seçki prosesində heç bir çətinliklə üzləşməmişik. Kobud müdaxilə halları yoxdur”.

2010-cu ildə 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olan Ə.Əliyev dairəsini dəyişdirməsinin səbəblərindən danışdı: “Bizim qərargah bu dairənin ərazisində yerləşir. Digər tərəfdən, seçkilərdə iştirakla bağlı qərarı mən çox gec qəbul etdim. Həmin vaxt artıq 15 saylı dairədə iki müxalif namizəd irəli sürülmüşdü, bunlardan biri Sərdar Cəlaloğlu, digəri Müsavat başqanı Arif Hacılı idi. Ona görə üçüncü müxalifət namizədi kimi o dairədən seçkilərə qatılmağı düzgün hesab etmədik. Onlara uğur arzuladıq. Mənim hansı dairədən irəli sürülməyimlə bağlı məsələdə problemim yox idi. Bu ərazi uşaqlığımın keçdiyi, qohumların çox yaşadığı ərazidir. 17 saylı dairə ilə 15 saylı dairə arasında mənim üçün heç bir fərq yoxdur”. //musavat.com//шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.