Həkim koronavirus xəstələrinin evdə vitaminlə müalicəsinə qarşı çıxdı: - “O xəstə sağalmaz”

8-07-2020, 18:42           
Həkim koronavirus xəstələrinin evdə vitaminlə müalicəsinə qarşı çıxdı: - “O xəstə sağalmaz”
Xəbər verdiyimiz kimi, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında danışıb.

O bildirib ki, koronavirus testinin nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar.

"Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir", - deyə o bildirib.

Adları qeyd olunan müalicə vasitələrinin əksəriyyəti vitamindir.

Maraqlıdır ki, vitaminlə edilən müalicə nə dərəcədə qoruyucu və müalicəvi təsirə malikdir? Ümumiyyətlə, virusun ağır formasının qarşısı necə alına bilər?

Bu barədə Cebhe. info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, koronavirus xəstələrinə müalicənin əvvəlində vitaminlərin verilməsi düzgün addım deyil:

"Ümumiyyətlə, müalicənin qəbul olunmuş prinspi var. Heç vaxt müalicənin əvvəlində, xəstəliyin başlanğıcında xəstəyə vitaminlər vermək olmaz. İmmun sistemini qaldıran dərmanlar vermək də düzgün deyil. Bu qədər ölüm hadisəsinin baş verməsinin səbəbi məhz protokolda verilən ziddiyyətlərdir. Bu vitaminləri xəstəliyin ilk günündən verməyə başlayanda, xəstə sağalmaz. Əksinə, vitaminlərin ilk başda verilməsi xəstələrdə mütləq şəkildə fəsadlar yaradır, xroniki formaya çevirilir və xəstəni sağalmağa qoymur. Ümumiyyətlə, tək dərmanlarla bağlı yox, protokolda olan müddəaların özündə ziddiyyətlər çoxdur. Nə qədər ki, virus bədəndə yoxdur, şəxsin immun sisteminin qaldırılması üçün tədbirlər görülə bilər. Amma virus artıq dövriyyəyə daxil olanda orada sintomatik müalicə məsələni həll edir".

R.Bağırov həkimlərin evlərdə xəstələrə nəzarət etməməsi məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, əslində bunun üçün həmin tibb işçilərinin ixtiyarına yardımçı şəxslər verilməlidir:

"Qanunla belədir ki, tibb müəssisələrində sahə həkimləri, tibb bacısı virus olmadığı zamanlarda da ərazilərə çıxıb insanların sağlamlıq durumu ilə tanış olmalıdır. Bu, Sovetdən qalma qaydadır. Amma nə Sovet dövründə özünü doğrultdu, nə də indiki ekstremal vəziyyətdə özünü doğruldur. Çünki bir nəfər sahəsi böyük olan ərazini gəzə bilmir. Həmçinin, ona verilən maaş da o qədər yüksək deyil ki, bütün günü bu proseslərlə məşğul olsun. Bu səbəbdən onların iş prinsipini gücləndirmək, kömək eləyən şəxslər vermək lazımdır ki, həmin şəxslər o xəstələrə dərman verilməsinə də, xəstəliyin gedişinə də nəzarət etsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.