Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy: “Ermənistan müharibənin yanındadır” - EKSKLÜZİV

30-07-2020, 11:27           
Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy:
Türkiyənin Belçikadakı səfiri Hasan Ulusoy Qarabağa dəstək aksiyası keçirərkən, ermənilərin hücumuna, şiddətinə, təhqirlərinə məruz qalan həmvətənlərimizlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Hasan bəy, hazırda Ermənistanın işğalçılıq siyasətinə qarşı dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar etiraz aksiyaları keçirirlər. Yaşadıqları ölkələrdən Vətənə həmrəylik mesajları verirlər. Sizin olduğunuz bölgədən mənzərə necə canlanır?

- Azərbaycanlı qardaşlarımızın ərazi bütövlüyü uğrunda atdığı addımlara qarşı ermənilərin silahlı hücumunun mahiyyəti olduqca uğursuzdur. Ermənistan beynəlxalq hüquq qaydalarına əməl etməlidir. BMT nizamnaməsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü qorumaq Azərbaycanın ən təbii hüququdur. Bununla bağlı Ermənistanın son hücumlarda həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ermənistanın bu silahlı hücumu səbəbi ilə azərbaycanlı qardaşlarımız yaşadıqları ölkədə doğma yurdları ilə həmrəylik içində hərəkət etmək istəyirlər. Avropa qanunları və Avropa İnsan Hüquqları Konvensiyası ilə müəyyən olunan dinc toplaşmaq və nümayiş hüququndan istifadə etməkdə heç bir problem yoxdur. Bu, insanların haqqı, hüququdur.



- Məsələ burasındadır ki, ermənilər dünyanın dörd bir yanında azərbaycanlıların dinc şəkildə gerçəkləşdirdiyi etiraz aksiyalarını barbarlıqla qarşıladılar. Ermənilərin Xocalı qətlimanındakı əsl üzü bu etiraz aksiyalarında da göründü...



- Erməni diasporu çox sıx şəkildə dezinformasiya yaymaqdadır. Son hadisələrdə təcavüzkar tərəf yenə də Ermənistan olmasına rəğmən, Qərbdə Azərbaycan diplomatik nümayəndəlikləri qarşısında nümayişlər keçirmək üçün bələdiyyələrdən icazə alırlar. Burada məntiqi bir səhv var. Düşünürəm ki, təcavüzkarlara partiyanın üzvləri və vətəndaşlarına Azərbaycan nümayəndəliklərindən əvvəl icazə vermək düzgün deyil. Ermənistan tərəfinin məqsədi təxribatdır. Bunu artıq bir çox yerdə həyata keçirdilər və iki tərəfin də insanları qarşı-qarşıya gəldi. Bu səbəbdən, Qərb ölkələrinin əhalisinin dincliyi, ictimai təhlükəsizliyi baxımından erməni qruplarının bu nümayişlərinə həmin ölkələrin rəsmiləri tərəfindən icazə verilməməlidir.



- Azərbaycan-Ermənistan sərhədindəki düşmən təxribatı nəticəsində general da daxil olmaqla 12 Şəhid verdik, dinc aksiyalar zamanı insanlarımız şiddətə, hücuma məruz qaldı. Tanınmış diplomat olaraq, dünya ölkələrinin son hadisələrə münasibətini bir də sizin dilinizdən eşitmək istərdik...



- Təəssüf ki, bu kimi münaqişə məsələlərində tərəflərdən biri, məsələn, Türkiyə və ya Azərbaycan olduğunda qərblilər laqeyd qalırlar. Bu artıq bir refleks halına gəlib. Bunun arxasında bir-birilə kompleks şəkildə bağlı olan tarixi, sosioloji və dini amillər dayanır. Ancaq bu səbəbdən dolayı kənara çəkilmək olmaz. Xalq diplomatiyasının bütün kanallarından istifadə edərək haqqınızdan vaz keçməməlisiniz. Bu çərçivədə, indiki pandemiya şəraitində, beynəlxalq səviyyədə onlayn konfransların, vebinarların təşkililə problemin dünya ölkələrinin diqqətinə çatdırmaq faydalı olardı

- Sizin də vurğuladığınız kimi, əksəriyyət baş verənləri görməzdən gəlir. Necə düşünürsünüz, ermənilər daha hansı vəhşiliklər, qətlimalar törətməlidirlər ki, dünya buna susmasın, onların bu əməllərini soyqırımı kimi qəbul etsin?

- Ümid edirəm ki, bundan sonrakı proseslərdə qətliamlar olmaz. Kaş ki, bu qarşıdurmalar olmasaydı. Buna görə də, dərhal, Qərb ölkələrində erməni qruplarının nümayişlərinə qarşı qanuni müdafiə vasitələrinə müraciət etmək daha məqsədəuyğundur. Ayrı-ayrı ölkələrdə nümayişləri tənzimləyən qanunlar əsas götürülərək, düzgün diplomatik gediş etməklə yararlanmaq olar. Mən bir türk olaraq, azərbaycanlı qardaşlarımın birinin belə telinə zərər gəlməsini istəmərəm.

- Etiraz aksiyalarında ermənilər tərəfindən şiddətə, təhqirə məruz qalan, zərəçəkən həmvətənlərimizə hansı hüquqi yardımlar göstərilə bilər, beynəlxalq qaydalar nə deyir? Bir türk diplomat olaraq, bu istiqamətdə dəstəyiniz nədən ibarət ola bilər?

- Zorakılığa məruz qalan azərbaycanlıların polisə müraciət etmələri vacibdir. Bununla da günahkarların tutulması və mühakimə olunması üçün şikayət etməlidirlər. Əminəm ki, Azərbaycan nümayəndəlikləri də bu konsulluq himayəsi altında öz vətəndaşlarına ən yaxşı hüquqşünaslar tuturlar. Dinc nümayişlərdə erməni tərəfinin şiddətə əl atmasına cavab olaraq, Azərbaycan nümayəndəliklərinin olduqları ölkələrin Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə məlumat vermələri də vacibdir. Və bunun artıq edildiyini görürük

- Belçikadakı aksiyalarda ermənilərin hücumuna məruz qalanlar arasında təkcə mülki vətəndaşlar deyil, həmçinin jurnalislər də var...

- Bunun üçün az əvvəl sadaladığım müdafiə vasitələrindən istifadə edilməlidir. Həmçinin, beynəlxalq mətbuat təşkilatları tərəfindən mətbuata edilən bu hücumu pisləmək, diqqəti buna yönəltmək vacibdir.

- Hazırda bütün istiqamətlərdə olduğu kimi, diaspor sahəsində Türkiyə-Azərbaycan münasibətləri, əlaqələri daha da sıxlaşır. Bu əlaqələrin daha səmərəli hala gəlməsi üçün hansı addımların atılması zəruridir?

- İki qardaş ölkənin xalqları artıq demək olar ki, hər bir Qərb ölkəsində birlikdə yaşayırlar. Sözümüz bir özümüz birdir. Demokratik qaydaya və qanunun aliliyinə hörmət əsasında iki qardaş ölkənin xalqları hər zaman bir aradadır, bunun hansı sahə olmasının fərqi yoxdur. Burada vacib olan şey erməni qruplarının təxribatlarına qarşı diqqətli olmaqdır. Düşünürəm ki, bu dövrdə haqlıykən haqsız duruma düşməmək üçün, ermənilərə onların zorakılığı ilə cavab verməmək, qanundan kənara çıxmamaq olduqca vacibdir. Bu baxımdan azərbaycanlılar haqlı olduğu halda, ermənilərin təxribatlarına uyub haqsız vəziyyətə düşməmək üçün qanun-qaydalar çərçivəsində hərəkət etməlidirlər. Azərbaycanın Belçikadakı səfiri, qardaşım Fuad İsgəndərov azərbaycanlılara təxribatlara uymayaraq hərəkət etmələri barədə öz təklif və fikirlərini bildirib.

- Hasan bəy, bu günlərdə Azərbaycanda Türkiyə hərbçiləri birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri həyata keçirir. Bundan qorxuya düşən ermənilər təlimlərin məqsəd və məramını başqa məcraya, dünyanın diqqətini yeni bir münaqişə ocağının yarana biləcəyinə yönləndirməyə çalışırlar…

- Təəssüf ki, Ermənistan həmişə başqalarının girovu olub, indi də belədirlər. Qafqazda sülh, ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq münasibətləri Ermənistanın xeyrinədir. Ancaq onlar həmişə müharibədən yanadırlar. Bəlkə də bu onlara diqtə edənlərin mövqeyidir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.