“Ermənilər Azərbaycanda yaşamaq haqqını çoxdan itirib” - Arif Paşayev

27-10-2020, 16:58           
 “Ermənilər Azərbaycanda yaşamaq haqqını çoxdan itirib” -
Ölkəmizin ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatının bir ayı tamam olur. Ordumuz qısa zaman ərzində böyük uğurlara imza atıb, geniş ərazi işğalçılardan təmizlənib. İlkin məlumatlara görə, hazırda əks-hücum əməliyyatı Laçın rayonu ərazisində davam etdirilir.

Laçın alayının keçmiş komandiri Arif Paşayev Reyting.az-a müsahibəsində deyib ki, Laçın dəhlizinin də tezliklə işğaldan azad olunacağına şübhə etmir:

- Azərbaycan Ordusu ilə bağlı təəssüratlarım çox yüksəkdir. Ordumuzun hərbi əməliyyatları, canı və qanı hesabına vətən torpaqlarımızı işğaldan azad etmək üçün atdığı addımları müsbət qiymətləndirir, hər an ordunun yanında olduğumu bildirirəm. Hesab edirəm ki, ordumuzun son bir ayda göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində fenomenal hadisədir. Yüksək döyüş ruhu var, böyük qələbələr qazanmışıq, inşallah, bunun davamı da olacaq.

Müsbət haldır ki, hərbi əməliyyatlar başlayandan bu günə qədər Azərbaycanın hərbi-siyasi rəhbərliyi proseslərə tam nəzarət edir. Eşq olsun Azərbaycan Ordusuna!

- Siz Laçına bələdsiniz, hazırda dəhliz uğrunda savaş getdiyi haqda məlumatlar yayılır. Bununla bağlı düşüncələriniz nədir?

- Laçın dağlıq ərazidir, mürəkkəb relyefə malikdir. Amma Azərbaycan Ordusu da dünyanın ən güclü ordularındandır, yağı düşmən onun qarşısında son ana qədər dayana bilməyəcək.

Onu da deyim ki, cəbhənin bütün istiqamətlərindən pozitiv xəbərlər gəlir. Ümumi deyə bilərik ki, vəziyyət yaxşıdır, hər şey qaydasındadır. Ümid edirəm ki, yaxın günlərdə daha müsbət xəbərlər eşidəcəyik.

- İşğalçıların istifadə etdiyi Laçın dəhlizini bağlamaq asandır?

- Bizim ordumuzun əlində hər şey asandır. Gördüyünüz kimi, bir aydır əməliyyata başlayıblar və Azərbaycan Ordusu Qarabağda proseslərə tam nəzarət edir. Ordumuz üçün istənilən ərazini tutmaq, ona nəzarəti ələ keçirmək mümkündür. Laçın dəhlizi də bu baxımdan istisna təşkil etmir. Uğur əldə edəcəyimizə qətiyyən şübhəm yoxdur.

- Keçmiş hərbçi kimi necə düşünürsünüz, müharibə nə zaman bitəcək?

- Konkret gün deməkdən çəkinirəm. Yəni gün, saat demək istəmirəm. Amma inanıram ki, yaxın zamanlarda müharibə başa çatacaq və şanlı Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edəcək.

- Ermənistan ordusunun Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər məntəqələrdə belə güclü müdafiə istehkamlar qurması...

- Birincisi, bu məsələdə ATƏT-in Minsk qrupu həmsədrlərinin xəyanətindən də danışmaq yerinə düşərdi. Bunlar zaman-zaman başımızın altına yastıq qoyub və işğal olunan ərazilərimizdə ermənilərin möhkəmlənməsini təmin ediblər. Hesab edirəm ki, biz Minsk qrupunu birmənalı şəkildə rədd etməliyik. Çünki bu qrup - ermənilərin dostluq təşkilatı Azərbaycana xəyanət edib. Faktiki olaraq bitərəfliyini ortaya qoymayıb. Əksinə, Azərbaycan dövlətini və xalqını məhv etmək üçün ermənilərə işğal etdikləri ərazilərdə hərbi rayonlar qurmaq üçün şərait yaradıblar. Hesab edirəm ki, bu faktı nəzərdən qaçırmamaqla yanaşı Minsk qrupunu rədd etməliyik. Diqqət edin, vasitəçilər erməniyə demir ki, sən Zəngilanı qaytaracaqsansa, Ağdamı verəcəksənsə, niyə burada güclü istehkamlar, müdafiə zolağı yaradırsan, məqsədin nədir? Deməli, onlar da bilirlərmiş ki, erməninin bu torpaqları bizə verəcəyi haqda fikirlər yalandır, saxtadır. Ermənilərin belə bir niyyəti heç vaxt olmayıb.

İkincisi, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bəyan etdi ki, bir qarış torpağı belə geri qaytarmaq niyyətində deyil. Sonradan da elan etdi ki, “Qarabağ Ermənistandır”. Sual olunur, Paşinyan niyə belə bəyanatlar verdi?

Mənim qənaətimcə, Paşinyana qədər artıq erməni tərəfi arzuladığı müdafiə xəttini yaratmışdı, rayonlarımızda möhkəmləndirilən hərbi istehkamlar qurulmuşdu. Buna görə də, Paşinyan belə bəyanatlar səsləndirməyə başladı. Onun bu bəyanatları həm də Minsk qrupunun bizə verdiyi bəyanatdır. Mən bütün bunları qərəzli hesab edirəm. Fransa başda olmaqla, onlar bizim torpaqlarımızı əlimizdən almaq niyyətində olublar. İndi Minsk qrupunun Azərbaycan xalqının taleyinə müdaxilə etmək üçün mənəvi haqqı yoxdur.

- Ermənistanın bundan sonrakı davranışlarını necə ssenariləşdirmək olar?

- Bunun üçün bizim əvvəlcə problemə baxışımız doğru istiqamətdə olmalıdır. Dəqiq aydınlaşdırmalıyıq ki, baş verənlər Dağlıq Qarabağın öz müqəddaratını təyin etmək uğrunda mübarizəsidir, yoxsa Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıqdır? Mən hesab edirəm ki, burada müqəddarat məsələsi yoxdur, işğalçılıq niyyətləri var. Bunu pərdələmək üçün müqəddaratı təyin etmə hüququnu ortaya atırlar.

İkincisi, Ermənistanın ərazi iddiası təkcə Azərbaycana qarşı deyil, elə qonşu Gürcüstana qarşı da belə iddiaları var. Həmçinin Türkiyəyə qarşı. Ermənilər hətta Gəncəni, Naxçıvanı da öz əraziləri hesab edirlər. Bəyəm, Gürcüstana, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etmək öz müqəddaratını təyin etmə hüququdurmu? Belə hüquqmu var? Bu, sadəcə, Ermənistanın ekspansiyası, işğalçılıq siyasətidir.

Dağlıq Qarabağın cəmi 60 min erməni sakini olub. Bu sayda insanla dövlət olmur. Baş verənlər sadəcə, xəstə erməni təfəkkürünə görə, “Böyük Ermənistan” xülyasıdır. Şükürlər olsun ki, Azərbaycan Ordusu, əsgərlərimiz, Ali Baş Komandan bunun qarşısını almağa çalışır. Bu, eyni zamanda Türkiyədə, Gürcüstanda gələcəkdə baş qaldıracaq çirkin erməni məkrinin dayandrılmasıdır.

Əlbəttə, bu işdə Azərbaycanın müttəfiqi olan ölkələrə də təşəkkür düşür. Xüsusilə, qardaş Türkiyəyə, Pakistana, İsrailə və digərlərinə.

- Azərbaycan Dağlıq Qarabağa hansı muxtariyyət verməlidir, ümumiyyətlə verməlidirmi?

- Dağlıq Qarabağa nəinki muxtariyyət vermək, ümumiyyətlə, Azərbaycanda ermənilərin yaşamasına imkan verməmək lazımdır. Onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərlə bu haqqı çoxdan itiriblər. Odur ki, ermənilərin bu ölkədə yaşamaq haqqı yoxdur.

- Rusiyanın Ermənistana silah-sursat ötürməsinə münasibətiniz necədir?

- Rusiya özünü həmsədr olaraq bitərəf kimi aparmaq əvəzinə tərəf kimi aparır. Rusiya Ermənistanın yanındadır. Rusiya imkan daxilində nə edə bilərsə, edir. Ermənistana dəstək məqsədilə. Açıq prosesə daxil olmur, amma güc və imkanı çatdığı qədər erməniləri dəstəkləyir. Bu, son 200 ildə belə olub.

- Laçına qayıdacağınıza ümidiniz varmı?

- Mən, Laçına qayıdacağıma hər zaman inanmışam və heç vaxt inamımı itirməmişəm. Sağ olsun Azərbaycan Ordusu, bizim inamımızı reallaşdırmaq üçün savaşlar aparır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.