"İnsanlar başını açıb-bağlamağa özləri qərar verməlidirlər" - Ekspert danışır

24-11-2022, 10:58           
"İnsanlar başını açıb-bağlamağa özləri qərar verməlidirlər" -
Bir aydan çoxdur ki, İranda etiraz aksiyaları davam edir. Zaman-zaman İran daxilində rejimə qarşı belə aksiyalar baş qaldırsa da, aksiyalar silah gücünə yatırılmışdı. Bu dəfə isə, başörtüsü səbəbilə başlandığı iddia edilən aksiyalar müxtəlif şüarlarla davam etdirilir. Artıq etirazçıları silahlar və ölüm qorxutmur.
Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalının İranda başörtüsünə qarşı münasibət, baş verən aksiyaların nəticəsi və Azərbaycana təsirləri barədə suallarını cavablandırıb. Xatırladaq ki, Şahin Əhmədoğlu 6 kitab “Şiî-İmâmiyye’nin Mezhepler Tarihi Yazıcılığı”, “Mezhepler Tarihinin 100’ü”, “Mezhepler Tarihinin 200’ü”, “İslam Mezhepleri I”, “İslam Mezhepleri II” və azərbaycan dilində “Vəhhabilik-Sələfilik İdeologiyası” kitablarının müəllifidir.

TEREF.AZ professorla müsahibəni təqdim edir:

- Şahin bəy, İranda Məhsa Əminin başörtüsünə görə, həbs edilib, öldürüldükdən sonra başlayan aksiyalar sonradan başqa müstəvidə davam etməyə başladı. Əksər ekspertlər belə iddia edir. Siz bu barədə hansı fikirdəsiniz?

- İranda baş verən etiraz aksiyalarının bir çox səbəbi var. Bunun ilk səbəblərinin başında, ölkədəki, azad yaşam, insanların özlərini rahatca ifadə edəcəyi bir zəminin olmaması olaraq ifadə ermək mümkündür. Çünki İranda İslam İnqilabından sonra, şəriət qanunları tətbiq edilir. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ölkədə başörtüsü hökumət tərəfindən ciddi şəkildə tətbiq edilir və buna qarşı etiraz edənlər də şiddətli şəkildə cəzalandırılır, həbsə atılır və bu da cəmiyyətdə belə reaksiyaların ortaya çıxmasına səbəb olur. Bu, məsələnin birinci tərəfi. Digər tərəfdən inqilab baş verdikdən sonra ölkədəki iqtisadi vəziyyət heç də qənaətbəxş deyil. Çünki İrana tətbiq edilən sanksiyalar, inqilabdan sonra, İran-İraq müharibəsi ölkənin iqtisadiyyatına ciddi şəkil də zərbə vurmuşdu. Buna görə də insanların rifah səviyyəsi ciddi şəkildə aşağıdır. Bu da digər faktor olaraq qarşımızda durur. Digər tərəfdən ölkədəki gəlir paylaşımının ədalətli olmaması da mövcud hökuməti cəmiyyət tərəfindən ciddi şəkildə reaksiyalarla üz-üzə qoyur. Bir tərəfdə Molla rejiminin bəlli kəsiminin rifah səviyyəsinin çox yüksək olduğu haqda məlumatlar var, bir başqa xüsus da cəmiyyətin rifah səviyyəsinin çox aşağı olması. Ümumiyyətlə, İran bir çox problem ilə qarşı-qarşıya qalıb. Bunun dini anlayışdan qaynaqlanan səbəbləri var.

- Şahin bəy, İranda başörtüsünün məcburi tətbiq edilməsi doğrudurmu? Ümumiyyətlə, başörtüsünə münasibət doğrudurmu?

- Başörtüsünü baxış tərzi olaraq, bir neçə şəkildə dəyərləndirmək olar. İranda isə, məcburi şəkildədir. Əgər, siz başörtüsünü insanlara örtdürüb və bundan sonra da örtməyənləri cəzalandırarsınızsa, bu da insan haqları, hüquqları, azadlıqları nöqteyi-nəzərindən çox ciddi problemlər ortaya çıxara bilər. Qanunun aliliyi ortada olmalıdır, insanlar qanuna görə cavabdehlik daşımalıdırlar. Dövlət, insanların başı açıq və ya örtülü olmağına qərar verməməlidir. Bu, tamamilə insanların özlərini ifadə etməsi məsələsidir. İranda bunlar sərt şəkildə tətbiq edildiyi üçün, bir az əvvəl də ifadə etdiyimiz kimi, cəmiyyət tərəfindən bu kimi reaksiyalarla qarşı-qarşıya qalacaq. İran rejiminin bundan sonra atacağı addımlara gəldikdə, başörtüsü məsələsində insanları azad buraxması lazımdır. İnsanlar istədiyi kimi geyinməyə və ya başını açıb-bağlamağa özləri qərar verməlidirlər.

- Qarabağ müharibəsi zamanı İran İslam Respublikası olmasına baxmayaraq, Ermənistana dəstək verdi. Halbuki, bizim yanımızda olmalı idi. Bu nədən qaynaqlanır?

- Məslənin kökündə İran İslam Respublikasının Azərbaycan Cümhuriyyətinə və onun müstəqilliyinə baxışı yatır əslində. Çünki İran hər nə qədər Azərbaycanın müstəqilliyini qəbul etsə də, keçmiş tarixə baxıldığında heç də belə olmadığı, hətta 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə, o dövr ki baxış, Pəhləvi dövründəki baxışlar və arxasınca 1979-cu ildə İran inqilabından sonrakı dövrdə olan baxışlar....

Eyni zamanda 1991-ci ildə Azərbaycanın müstəqil olması İran tərəfindən birmənalı qarşılanmadı. Əslində, məsələ budur. İran İslam Cümhuriyyəti Azərbaycanın müstəqil, azad bir ölkə olduğunu qəbul edə bilmir və həzm etmir. Qarabağ məsələsində gördük ki, İran əslində xristian olan Ermənistanın yanında yer aldı. Xüsusilə, 44 günlük Qarabağ müharibəsində biz bunun açıq şahidi olduq. İran bizi müsəlman qardaş olaraq görürsə, özünə qonşu və dost dövlət olaraq görürsə, İran Azərbaycanın yanında olmalı idi. Azərbaycanın haqq davasında ona dəstək verməli idi. Çox təəssüf ki, biz bunu İrandan görə bilmirik və bu da İran-Azərbaycan arasında problemlərin ortaya çıxdığını və həllinin bir az da müşkül olan problemlərin ortaya çıxdığını göstərir....




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.