Araz Ağalarov: "Axı sizə dedim, mənim milyardlarım yoxdur!" (FOTO)

12-07-2015, 18:48           
Araz Ağalarov: "Axı sizə dedim, mənim milyardlarım yoxdur!" (FOTO)
Azərbaycanlı milyarder Araz Ağalarov "Komsomolskaya Pravda"ya müsahibə verib. "Crocus Sity" şirkətinin prezidenti ailəsindən, işindən və milyardlarından danışıb.

ANS PRESS sözügedən müsahibənin xülasəsini oxuculara təqdim edir:

- Həyat yoldaşınız İrina rusdur?
- Bəli.

- Neçə ildir birlikdəsiz?
- Tezliklə 40 il olacaq.

- Əkiz nəvələriniz böyüyüb?
- Bəli, artıq onların 6 yaşı var.

Araz və İrina ğalarovlar sevimli nəvələri Əli və Mikayılla


- Emindən başqa sizin böyük qızınız da var?
- Bəli, artıq 27 yaşındadır.

- Ərdədir?
- Xeyr.

Rusiya Federasiyası prezidenti və Araz Ağalarov.


- Belə çıxır sizi yenə zərbəçi tikintiyə göndəriblər?
- Bu müsabiqəsiz və tendersiz oldu.

- Hakimiyyət?
- Qərarı hakimiyyət verir…

- Məsələn, mən bunu başa düşmürəm. Əlbətdə ki, mən sizin kimi milyarder deyiləm, amma anlamıram. Sizi bu tikintiyə görə mükafatlandırıblar?
- (ciddi) Mükafatlandırıblar.

- Bəs hansı ordendir?
- Şərəf ordeni ilə.

- İndi sizdədir o orden?
- Əlbətdə evdədir.

Araz Ağalarov Vladimir Putinlə Kremldə mükafatlandırma mərasimində


- Siz onu yaxanıza taxırsız?
- Bəli.

- Bu sizin birinci və yeganə rus ordenidir?
- Rusiyanın bəli. Mənim Azərbaycan və İtaliya ordenlərim də var. İtalyanlar məni "İtaliya qarşısnda xidmətlərimə görə" mükafatlandırıblar. Prezidentin imzaladığı bu mükafat olduqca yüksəkdir.

- Baxıram, "Krokusun" ərazisində yenə qaldırıcı kranlar var. Haranınsa tikintisinə əlavələr edirsiz?
- Hündürmərtəbəli bina tikirik.

- Milyardlarını harada saxlayırsız?
- Axı mən sizə dedim, mənim milyarlarım yoxdur!

- Amma aktivləriniz var.
- Aktivlər - bunlar kvadrat metrlər deməkdir.

- Yəni siz öz var-dövlətinizi kvadrat-metrlərdə saxlayırsız?
- Bizdə biznesdir və bu biznes kvadrat mertlərdən ibarətdir. Əgər bizim əlimizdə pul olursa biz onu kvadrat metrlərə çeviririk. Baxın, biz indi də tikirik. 280 min kvadrat mertlik "Veqas 3" tikirik hazırda. 158 kvardat metrlik qala tikirik. Buna görə də, bizim bütün pullarımız tikintiyə gedir. Yox, əgər biz onları hesablarda saxlasaydıq, indi əlimizdən uçub getmişdilər, yox olmuşdular.

- Nə məsləhət görərdiz, kimin pulu varsa indi onu hara yatırsın?
- Daşınmaz əmlaka. Ələxüsus da indi mınzillər ucuzlaşıb (red: söhbət Rusiyadan gedir). Əgər yaxşı mənzil ucuz qiymətə satılırsa, onu alıb icarəyə vermək olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.